ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın iyulun 31-də səlahiyyət müddəti başa çatıb və o bu gün Azərbaycanı tərk edib. Bu barədə Amerikanın Səsinə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.
Riçard Morninqstar 2012-ci ildən ABŞ-ın Azərbaycandakı səfiri idi.
ABŞ prezidenti Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri postuna Robert Frensis Cekutanın (Robert Francis Cekuta) namizədliyini irəli sürüb.
Robert Frensis Cekuta hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavinidir.
O, əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.