Accessibility links

Riçard Stengel: İŞİD hamının problemidir


Riçard Stengel: İŞİD hamının problemidir
please wait

No media source currently available

0:00 0:05:28 0:00

Riçard Stengel: İŞİD hamının problemidir

ABŞ Dövlət Katibinin İctimai Diplomatiya və İctimai Əlaqələr üzrə müavini Riçard Stengel Əl-Hürrə telekanalına müsahibə verib. Müsahibədə cənab Stengel ABŞ və regional tərəfdaşların İslam Dövləti qrupuna qarşı mübarizəsi haqda danışıb.


Əl-Hürrə: 2001-ci il 11 sentyabr hücumlarından bəri ərəb dövlətlərinin terrorizmə qarşı qlobal mübarizəyə töhfələrini necə dəyərləndirərdiniz?

Riçard Stengel: Nə qədər qəribə səslənsə də, terrorizm insanları adətən birləşdirir. 11 sentyabr hücumları insanları terrora qarşı səfərbər etdi və çoxları gördü ki, ABŞ da terrorun qurbanına çevrilib. Mən deyərdim ki, o vaxtdan bəri bizim aramızda alyans və dostluq daha da güclənib.

Əl-Hürrə: Terrora qarşı mübarizədə Körfəz Əməkdaşlıq Şurası hökumətlərindən gələn yardım sizi qane edirmi?

İŞİD-lə indiyədək aparılan savaş çoxlarının diqqətini cəmləşdirib.

Riçard Stengel: İŞİD-lə indiyədək aparılan savaş çoxlarının diqqətini cəmləşdirib. Bu mübarizə əsnasında körfəz dövlətləri həm öz aralarında, həm də ABŞ-la əməkdaşlığı təkmilləşdiriblər, Öz növbəsində bu əməkdaşlıq münasibətləri gücləndirib. İndi bizim ortaq düşmənimiz var, və ortaq düşmən tərəfləri birləşdirir.

Əl-Hürrə: İŞİD problemi ilə necə ayaqlaşmaq olar?

Riçard Stengel: Biz bu qrupa qarşı müxtəlif yollarla vuruşuruq. Burada hərbi komponent var ki, biz onların irəliləyişlərini bir neçə cəbhədə dayandırmışıq. Onlara qarşı həyata keçirilən bombalama əməliyyatları ərəb tərəfdaşları arasında vəhdətin göstəricisidir. Burada həmçinin informasiya döyüş meydanı da var ki, bu mənim işlədiyim sahədir. İŞİD-in yaranmasından bəri çox sayda əlavə oyunçular savaşa qatılıb. İordaniya, Misir və Səudiyyə Ərəbistanı öz sosial medialarını səfərbər ediblər. Bu günlərdə biz Birləşmiş Ərəb Əmirlikləri ilə birgə Savab Mərkəzi açmışıq. Bu mərkəz başqa ölkələri oxşar mərkəzlər açmağa həvəsləndirəcək.

İslam Dövləti döyüşçüləri Suriya şəhəri Raqqada hərbi parad keçirir.
İslam Dövləti döyüşçüləri Suriya şəhəri Raqqada hərbi parad keçirir.

Əl-Hürrə: Savab Mərkəzinin məqsədi nədir?

Riçard Stengel: Mərkəzin hədəfi İŞİD-in sosial mediada sərgilədiyi gücə və mürəkkəb taktikalara qarşı mübarizə aparmaqdır. Eləcə də biz İŞİD-in təqdim etdiyi neqativ dünyagörüşünə qarşı alternativ, pozitiv dünyagörüşü sərgiləyəcəyik.

Əl-Hürrə: Paris və Küveytdəki hücumlardan sonra bəziləri fikirləşdi ki, nöbəti hədəf ABŞ olacaq. Siz nə düşünürsüz?

Riçard Stengel: Biz hamımız potensial hədəfik. Heç kəs bundan sığortalanmayıb. Bu yaxınlarda Texasda özbaşına hərəkət edən adamların terror cəhdini gördük. Amerikada insanlar terror hədəfinə çevrilməkdən narahatdırlar, amma başqalarından fərqli olaraq, bu, bizim üçün mövcudluq məsələsi deyil. Onlarla həmsərhəd ölkələrdə İŞİD irəliləməyə, dövlət qurmağa can atır. Amma bu, hamının problemidir. İŞİD-ə qoşulan xarici döyüşçülər arasında Amerikadan gedənlər də var. Hamının bundan narahat olmaq üçün əsası var.

Əl-Hürrə: Bəs sizcə ABŞ ərazisinə mümkün hücum haqda xəbərdarlıqlar Vaşinqtonun terrorçuların silahlanması və maliyyələşməsinin qarşısını almaqda uğursuz olduğuna dəlalət etmirmi?

Biz hamımız potensial hədəfik. Heç kəs bundan sığortalanmayıb.

Riçard Stengel: Onu bildirməliyəm ki, bizim fəaliyyətimizin əsas hissəsi yaraqlılara qoşulmaq istəyən döyüşçü axınını azaltmaqdır. Bu özü çox böyük bir işdir. Biz bunu bir tərəfdən yaraqlılara qoşulub-qoşulmamaq haqqında düşünən insanlara hədəflənən mesajlarla, digər tərəfdən isə bütün müsəlman icmasına terrorçulara qarşı birləşməyin əhəmiyyətini çatdırırıq.

Əl-Hürrə: Terrorizmə qarşı müharibə nə zamansa qələbə ilə bitəcəkmi?

Riçard Stengel: Bir çox insanın dəfələrlə dediyi kimi, terrorizmə qarşı müharibə doğru ifadə deyil. Terrorizm bir üsuldur, və indiki halda bu, İslam Dövləti qrupu tərəfindən istifadə edilən bir üsüldur. Mən terrora qarşı müharibəyə cəlb olunmamışam. Mənim cəlb olunduğum müharibə İslam Dövləti qrupuna qarşıdır və əminəm ki, bu müharibə qələbə ilə bitəcək.

Əl-Hürrə: Sözünüzdən belə çıxır ki, terrorizmə qarşı müharibə onilliklər çəkə bilər?

Press brifinqdən foto - Suriyanın Raqqa şəhərində, İŞİD-in Əbu Kamal iqamətgahına koalisiya hava zərbələri endirir. 23 sentyabr, 2014. (ABŞ Mərkəzi Komandanlığı)
Press brifinqdən foto - Suriyanın Raqqa şəhərində, İŞİD-in Əbu Kamal iqamətgahına koalisiya hava zərbələri endirir. 23 sentyabr, 2014. (ABŞ Mərkəzi Komandanlığı)

Riçard Stengel: Prezident Obamanın bu yaxınlarda dediyi kimi, bu müharibə bir dövrü əhatə edən, nəsillik bir müharibədir. Buna görə də biz müharibəni günlər və ya aylarla yox, illərlə ölçməliyik. Təbii ki, istənilən növ terrorizmin aradan qaldırılacağını söyləmək həqiqətdən olmazdı, amma, birbaşa bəşəriyyətə təhlükə törədən terrorizm yox olacaq. Terrorizmə qarşı formalaşmış koalisiya üzvləri bunun əhəmiyyətini dərk edir.

Əl-Hürrə: Bəzi qeyri-hökümət təşkilatları terrorizmlə mübarizə zamanı insan hüquqların arxa plana keçməsindən narahatlıqlarını bildiriblər. Siz bu barədə nə deyə bilərsiniz?

Riçard Stengel: Bu, demokratik cəmiyyətlərdə hər zaman aktual olan bir mövzudur. Bir tərəfdə insan hüquqları və fərdi azadlıqlar, digər tərəfdə isə təhlükəsizlik. Mən şəxsən bu məsələləri bir-birindən ayrı təsəvvür etmirəm və inanıram ki, insanların hüquqlarını və ifadə azadlığını təmin edərək də sabitliyi qorumaq olar. Amma, azadlıqlar və təhlükəsizlik arasında çox həssas bir xətt mövcuddur, və təəssüf ki, bəzi insanlar bu xətti çox rahat keçirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG