Accessibility links

Riçard Vaytz: Cənubi Qafqaz ölkələri Kremlin maxinasiyalarının növbəti qurbanı olmaqdan yayınmağa çalışacaqlar


Riçard Vaytz: Cənubi Qafqaz ölkələri Kremlin maxinasiyalarının növbəti qurbanı olmaqdan yayınmağa çalışacaqlar
please wait

No media source currently available

0:00 0:05:36 0:00

Riçard Vaytz: Cənubi Qafqaz ölkələri Kremlin maxinasiyalarının növbəti qurbanı olmaqdan yayınmağa çalışacaqlar

Hadson İnstitutunun baş elmi işçisi Riçard Vaytz Amerikanın Səsinə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında "qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında" Bəyannaməni, bu bəyannamənin təsirləri və Azərbaycanın Ukrayna-Rusiya münaqişəsindəki mövqeyini şərh edib.

Amerikanın Səsi: Cənab Vaytz, Vladimir Putin Azərbaycan Prezidenti İlham Əlievin Rusiyaya rəsmi səfəri çərçivəsində onunla danışıqlar aparıb. Danışıqlardan sonra iki ölkə başçısı Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında "qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında" Bəyannamə imzalayıb. Sizin bu bəyannamə haqda düşüncəniz nədir? Bəyannamədə sizin xüsusi diqqətinizi çəkən bir məqam varmı?

Riçard Vaytz: Böyük ehtimalla bu bəyannamə uzun müddət öncə hazırlanmağa başlayıb və ona görə də güman ki, son günlərdə Ukraynada baş verənləri əks etdirmir. Məncə bəyannamənin bəzi müddəaları bir az maraqlıdır və Azərbaycan və Rusiyadakı bank sistemləri arasında çoxlu əlaqələr qurlur. Və Rusiya banklarına çox sayda sanksiyalar tətbiq olunacağı üçün, bunun Azərbaycanın bank sisteminə yayılmaq riski, reputasiya riskləri və başqa fəsadları ola bilər.

Amerikanın Səsi: Azərbaycanda bəziləri iddia edir ki, bu bəyannamə Türkiyə ilə Azərbaycan arasında 2021-ci ildə m imzalanan müttəfiqlik barədə Şuşa Bəyannaməsinə xələl gətirəcək. Siz bu barədə nə düşünürsünüz?

Riçard Vaytz: Mən belə deməzdim. Bu, Azərbaycan Şuşa Bəyannaməsinən geri çəkilmək, və ya Türkiyə ondan Azərbaycanla əlaqələrini zəiflətmək üçün istifadə etmək istəsə mümkün ola bilər. Amma mən belə bir şeyin olacağını düşünmürəm. Əksinə məncəTürkiyə-Azərbaycan əlaqələri daha da güclənəcək, çünki Türkiyə Ukraynada baş verənlərdən son dərəcə narahatdır, və təxmin edirəm ki, Azərbaycan tərəfi də narahatdır. Mən düşünürəm ki, onlar Rusiyanın Ukraynada istədiklərini edəndən sonra digər münaqişələri öz xeyrinə manipulyasiya etməyin yollarını axtaracağından narahat ola bilərlər. Biz buna daha öncə Dağlıq Qarbağ münaqiəsində şahid olmuşuq. Və məncə hər iki ölkə Rusiyanın Cənubi Qafqaz siyasətinin nə olacağına görə narahat olacaq. Bir sözlə, hər hansı texniki üst-üstə düşmədən və ya hüquqi doğrulamadan asılı olmayaraq, düşünürəm ki, Türkiyə-Azərbaycan münasibətləri növbəti aylarda çox güclü qalacaq.

Amerikanın Səsi: Azərbaycanın həm Rusiya həm də Ukrayna ilə isti münasibətləri var və Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski yanvar ayında bəyanat imzalayıblar. Bu bəyanata əsasən iki ölkə suverenlik və ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyəcək və beynəlxalq səviyyədə tanınmış sərhədləri qorumağa çalışacaq. Bunu nəzərə aldıqda, sizcə Rusiya Ukraynaya hərbi müdaxiləsini davam etdirdiyi təqdirdə Azərbaycanaın mövqeyi nə olacaq?

Riçard Vaytz: Mən düşünürəm ki, hər üç Cənubi Qafqaz ölkəsi həqiqətən də çətin vəziyyətdədir. Biz onların hamısının bu məsələ ilə bağlı şərh verməkdən çəkindiklərini görürük. Hətta Ukrayna ilə ən yaxın əlaqələri olan Gürcüstan səssiz qalmağa çalışıb. Və bu da başa düşüləndir. Rusiya siyasətinin döyüşkənliyi və iddialılığı, Prezident Putinin Rusiyanın Ukraynaya qarşı siyasətinə haqq qazandırarkən ortaya qoyduğu arqumentlərin başqa ölkələrə də tətbiq oluna biləcəyini nəzərə aldıqda, Ukraynaya qarşı hər hansı rəğbətdən (ki mən Azərbaycan liderləri və xalq arasında bu rəğbətin çox yüksək olduğuna əminəm), bunlardan asılı olmayaraq, onlar daha səssiz qalmağa və Kremlin maxinasiyalarının növbəti qurbanı olmaqdan yayınmağa çalışacaqlar.

Amerikanın Səsi: Bir çox analitik iddia edir ki, Putin Sovet tipli imperiyanı bərpa etmək niyyətinədir və bu səbələr də Ukraynaya hərbi müdaxilə edir. Ancaq Putin Prezident Əliyevlə görüşü zamanı bunun həqiqətə uyğun gəlmədiyini deyib. Bununla belə Azərbycanda bəziləri iddia edir ki, Azərbaycanla Rusiya arasında imzalanan yeni bəyannamə Rusiyanın Azərbaycanın suverenliyini məhdudlaşdırmaq imkanlarını artıracaq. Buna münasibətiniz nədir?

Riçard Vaytz: Biz Rusiyanın yürütdüyü siyasətdə leqal sənədlərə çox əhəmiyyət vermədiyini görmüşük. Ona görə də düşünürəm ki, Rusiyanın Azərbaycana qarşı hər hansı tədbir görməsi Azərbaycan və Rusiya və ya Rusiyanın başqa ölkələrlə imzaladığı sənədlərin mətnlərindən asılı olmayacaq. Ona görə də mən nəyinsə faydalı və ya zərərli olacağını düşünmürəm. Məncə Kremlin Rusiyanın keçmiş sovet məkanında üstünlüyünü bərpa etmək barədə planları çərçivəsində leqal sazişlər Azərbaycan və başqa ölklərin özlərini müdafiə etmələrinə nə ziyan vuracaq nə də yardım edəcək. Düşünürəm ki, onlar avtonomiyalarını qorumaq üçün başqa mexanizmlər axtarmalı olacaqlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG