Accessibility links

Ariel Vinter açıq-saçıq geyiminə görə tənqid edilir


Aktrisa Ariel Vinter geyiminə görə tənqid edilib. Hətta dogma anası tərəfindən belə.

New York Post’s Page Six-ə istinadən Arielin anası qızının böyüməsini anlamasının vaxtının gəldiyini deyib… “Mən ona geyiminə fikir verməsini deyəcəm. Mən onun gözəl insan kimi qalmasını istəyirəm. Mən onun açıq-saçıq geyinməyə meyilli olduğunu görərkən çox kədərlənirəm. Ariel ağıllı, gözəl və istedadlı qızdır. O, artıq tanınmış aktrisadır. Ona bu lazım deyil. O, paltarlı da gözəl görünür” deyə aktrisanın anası əlavə edib.

19 yaşl “Modern Family” serialının ulduzunu cox güman ki, başqalarının fikri maraqlandırmır Ariel özünə, öz bədəninə vurğun olduğunu və onun seçiminə qarşı olanlara qulaq asmadığını deyərkən hansısa mənadə doğru söyləyir.

Hər halda o, artıq həddi-buluğa çatıb və özü qərar verə bilir. Yəqin ki, Ariel öz mövqeyindən dönməyəcək.

XS
SM
MD
LG