Accessibility links

Rik Santorum üç ştatda ilkin seçkiləri uddu


Rik Santorum üç ştatda ilkin seçkiləri uddu
Rik Santorum üç ştatda ilkin seçkiləri uddu

Republikaçılar Partiyasının prezidentliyə namizədliyi uğrunda mübarizədə Rik Santorumun kampaniyası dünən böyük irəliləyişə nail olub. Sabiq Pennsilvaniya senatoru Minnesota, Missuri və Kolorado ştatlarında keçirilən ilkin seçkilərdə qələbə çalıb.

Missuridəki qələbə çıxışında Santorum mühafizəkarlığın Missouri və Minnesotada əzmkar olduğunu bildirib.

Əksəriyyəti sayılmış səslərə əsasən sabiq Pennsilvaniya senatoru Minnesota kokuslarında səslərin 45 faizini qazanıb. Nəticələr Missuridə də Santorum üçün eyni rəqəmi göstərir.

Minnesotada sabiq Massaçusets qubernatoru və Respublikaçılar Partiyasının namizədliyə ən şanslı iddialısı Mitt Romni 17 faizlə üçüncü yerə çıxıb.

XS
SM
MD
LG