Accessibility links

Olimpiya Oyunlarını izləməyə gələn ziyarətçilər Rionun mədəniyyətini kəşf edir [Video]


Olimpiya Oyunlarını izləməyə gələn ziyarətçilər Rionun mədəniyyətini kəşf edir
please wait

No media source currently available

0:00 0:02:22 0:00

2016-ci il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Rio de Janeyronun seçilməsinə bir neçə amil səbəb olub. Bu, zəngin mədəni irsi olan Cənubi Amerika qitəsində keçirilən ilk Olimpiya Oyunlarıdır.

Rio qeyri-adi bir şəhərdir. Təbii ki, Olimpiya Oyunları da maraqlıdır, amma ondan əlavə burada fantastik barlar, restoranlar, musiqi və yeni insanlar da var.

Rio de Janeyroda idman tədbirlərində iştirak etməkdən başqa nə etmək olar? Çox şey, çünki bura dünyanın ən ekzotik şəhərlərindən biridir.

Məsələn ilk öncə məşhur Kopakabana çimərliyinə gedib, gözəl mənzərəni izləyib, dənizdə sörf edə və ya dostlarınızla futbol oynaya bilərsiniz.

Daha çox macəra sevənlər isə qumun üzərində volleybol oynaya bilər.

Əgər acsanız, dənizkənarı bulvarda yerləşən kaferlərdə yemək yeyə və eyni zamanda canlı ifaları izləyə bilərsiniz.

Və əlbəttə ki, burada alış-veriş etmək də olar. Dəniz kənarında satıclar özləri insanlara yaxınlaşır.

Vins Quertn və ailəsi Belçikadandır. Onlar iki il öncə Dünya Kubokunu izləmək üçün Rioya gəliblər və şəhər onları o qədər cəlb edib ki, bu il Olimpiyada üçün yenidən buraya gəlmək qərarına gəliblər.

“Rio qeyri-adi bir şəhərdir. Təbii ki, Olimpiya Oyunları da maraqlıdır, amma ondan əlavə burada fantastik barlar, restoranlar, musiqi və yeni insanlar da var. Hazırda bura çoxmillətlidir. Biz bunu sevirik,” deyə Vins bildirir.

Kopakabana çimərliyi
Kopakabana çimərliyi

Rio əsasən gecələr canlanır. Gecə həyatı üçün insanlar şəhərin hər cür bar və musiqi məkanlarının yerləşdiyi köhnə portuqaliyalı məhəlləsi Lapaya üz tuturlar.

Şəhərdə yerləşən 18-ci əsrə aid Akedakt Karioka çayından təpə üzərində yerləşən Santa Teresa şəhərinə su daşımaq üçün inşa edilib. İndi isə o tramvay körpüsünə çevrilib.

“Hər kəs çox xoşbəxtdir, şəndir, burada bütün dünyadan insanlar görürük. Biz bir araya gəlib dostlaşırıq. Bir yerdə əylənib, yeni yerləri kəşf edirik. Hər şey çox gözəldir,” deyə amerikalı turist Nik Brun bildirir.

Gecəni əsl Braziliya sambası oynamadan başa vurmaq mümkün deyil. Bunun üçünsə gözəl musiqilərin və böyük izdihamın olduğu Karioka de Gemaya getmək lazımdır.

Zövq və istəklərin fərqli olmasına baxmayaraq, Rio Olimpiya Oyunları insanları idman tədbirlərindən başqa bir çox əyləncə ilə təmin edə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG