Accessibility links

Rio-de-Janyero ətrafında çirkli sular Olimpiya Oyunlarına təhlükə yaradır


Verilən məlumata görə, 2016-cı il ildə Braziliyada keçiriləcək Yay Olimpiya oyunlarında su idmanı üzrə yarış iştirakçıları yüksək səviyyədə virus və bakteriya təhlükəsi ilə qarşılaşacaq.

Avstraliyanın üzgüçülük komandasının kampitanı İvan Bulaca deyib ki, suyun keyfiyyəti idmançıların indiyə qədər gördüyü ən aşağı səviyyədədir.

Assoşieyted Press agentliyinin verdiyi məlumata görə, Rio-de-Janyero şəhərində üzgüçülük və qayıqsürmə növləri üzrə Olimpiya və Paralimpiya oyunlarının keçiriləcəyi obyektlərdə kanaliziya vasitəsilə keçmiş yüksək səviyyədə virus və bakteriyalar aşkar edilib.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bu həftə müxbirlərə deyib ki, su idmanı üzrə yarışların keçiriləcəyi yerlərdə sanitariya məsələsi növbəti Yay Olimpiya Oyunlarında ən böyük problem olaraq qalır.

O bildirib ki, suyun təmizlənməsi üçün bəzi tədbirlər görülüb və oyunlardan əvvəl, eləcə də yarışlar zamanı əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.

Rio-de-Janyero Olimpiya Komitəsi hələlik məlumatla bağlı açıqlama verməyib, lakin komitənin veb səhifəsində bölgədə körfəz və kanalların təmizlənəcəyi ilə bağlı məlumatlar yerləşdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya qüvvələri Slovyansk şəhərinə zərbələri intensivləşdirib
please wait

No media source currently available

0:00 0:10:55 0:00
XS
SM
MD
LG