Accessibility links

Braziliyada etiraz aksiyası keçirilib


Qaradərili millət vəkili və hüquq müdafiəçisi Marielle Frankonun sui-qəsdinə etiraz etmək üçün mindən çox insan bazar günü Rio-de-Janeyro şəhərində yürüş keçirib.

Etiraz yürüşü şəhərin əsas küçəsinə doğru irəlilədikcə aksiyanın təşkilatçıları "səslər susdurulmayacaq" deyə qışqırıblar.

“Biz xüsusən də Mariellenin müdafiə etdiyi yerlilərin və azlıqların bu cür vəhşiliklərə məruz qalmasına səssiz qalmayacağıq” - deyə, aksiyanın təşkilatçılarından olan Joelma de Souza bildirib.

Etirazçılar şəhərin mərkəzi küçəsinə yürüş etməzdən əvvəl Frankonun böyüdüyü Mare adlı şəhərin yoxsullar yaşayan ərazisində bir araya gəliblər.

Franko və onun sürücüsü keçən həftənin çərşənbə günü qaradərili qadınlara dəstək məqsədilə keçirilən tədbirdən çıxarkən güllələnmişdilər.

Marielle Franko Rio şəhərinin bələdiyyə üzvü və azlıqların haqlarını müdafiə edən vəkil idi. O, şəhərin yoxsullar yaşayan ərazilərində polis zorakılıqlarına qarşı çıxışları ilə tanınırdı.

Braziliya prezidenti Mişel Temer ölümcül polis zorakılığı və insan hüquqları qruplarının şikayətləri səbəbindən Riodakı təhlükəsizliyi orduya həvalə edib.

Tənqidçilər isə deyir ki, şəhərdə hərbi mövcudluğun hadisələrə çox az təsiri var.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG