Accessibility links

Qvatemalanın sabiq diktatoru Hose Efrain Rios Montt məhkəmə qarşısına çıxarılır


Qvatemala məhkəməsinin hakimi 1980-ci ildə 2000 nəfər yerli mayalıya qarşı qətliam törətməkdə günahlandırılan sabiq diktator Hose Efrain Rios Montta qarşı məhkəmə işi açıb.

86 yaşlı sabiq diktator1982-83-cü illərdə Qvatemala hərbi qüvvələrinin mayalılara məxsus kəndlərdə qadınlar, uşaqlar və silahsız kişiləri qətlə yetirdiyi "yanmış torpaq" planını tətbiq etməkdə günahlandırılır. Hadisə qurbanlarının əksəriyyəti zorlama və işgəncələrə məruz qalmışdı.

Rios Montt və digər yüksək rütbəli Qvatemala rəsmiləri mayalıların sağçı hökumətin devrilməsində solçu partizanlara yardım etdiklərinə inanırdı.

Sabiq prezidenti ötən il Qvatemala konqresində seçkilərdə məğlub olduqdan sonra ev dustağı edilib. Bu, ilk dəfədir ki, Latın Amerikasında sabiq prezident məhkəmə tərəfindən kütləvi qətliam və bəşəriyyətə qarşı cinayətdə ittiham edilir.

BMT-nin bildirdiyinə görə, Qvatemalada 36 il davam edən və 1996-cı ildə sona çatan vətəndaş müharibəsində 200 mindən çox insan həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG