Merilend ştatının Baltimor şəhərində polislə afro-amerikalı gənclər arasında qarşıdurma iğtişaş həddinə çatıb. Bazar ertəsinin küçə toqquşmaları bu ayın əvvəlində polis nəzarətində olarkən onurğa sütununa dəyən zədə nəticəsində həlak olan 25 yaşlı Freddie Grayin dəfn mərasmindən sonra baş qaldırıb.
Baltimorda iğtişaşlar

1
Freddie Grayin dəfnindən sonra başlanan zorakılıqlar nəticəsində polis maşını yanır. Baltimor. 27 aprel, 2015.

2
Nümayişçi polisin yanı ilə əlində kərpic keçir. Baltimor. 27 aprel, 2015.

3
Nümayişçilər zədələnmiş polis maşını üzərində tullanır. Baltimor. 27 aprel, 2015.

4
Yanğınsöndürənlər alova bürünmüş apteki söndürməyə çalışırlar. Baltimor. 27 aprel, 2015.