Accessibility links

Dunya Miyatoviç: İnsan hüquqlarını pozan ölkələrlə əməkdaşlığa son qoymalıyıq


Həqiqətə xidmət prinsipi KİV fəaliyyətində ən böyük problemdir. Bu barədə Riqada “Şərq tərəfdaşlığında Medianın rolu” mövzusunda Birinci KİV Konfransının açılışında bildirilib.

Madrid Klubunun prezidenti, Latviyanın eks-prezidenti Vayra Vike-Freyberq qeyd edib ki, bu problem oliqarxlar tərəfindən idarə olunan ölkələrdə daha aydın görünür.

Onun sözlərinə görə, KİV-in iqtisadi və siyasi asılılığı dayağı söz azadlığı olan demokratiyanın yaranması və inkişafı üçün ciddi təhlükələr yaradır.

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muyjnieks bildirib ki, 2014-cü il insan hüquqları və KİV üçün pis il olub, amma 2015-ci il daha pis nəticələr göstərir.

"Üç Şərq Tərəfdaşlığı ölkəsində - Azərbaycan, Ermənistan və Belarusda jurnalistika azadlığının pisləşməsi qeydə alınıb, Gürcüstan, Ukrayna və Moldovada isə qismən asılılıq qeydə alınıb," deyə ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bildirib.

O, Azərbaycanı xüsusi vurğulayıb, burada “Azadlıq” radiosunun bürosu bağlanıb, ondan çox jurnalist və bloger həbsdədir, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov isə İsveçrənin Bakıdakı səfirliyində gizlənir.

“Biz hər şeyi olduğu kimi deməliyik və insan hüquqlarını pozan ölkələrlə əməkdaşlığa son qoymalıyıq”, deyə Miyatoviç sərt bəyanat səsləndirib.

Öz növbəsində, Vayra Vike-Freyberq qeyd edib ki, Şərq Tərəfdaşlığının Riqa Sammitində KİV azadlığı sahəsində ciddi problemlər yaşayan dövlətlərin liderləri iştirak edir. “Bu, dialoq vasitəsilə söz azadlığı sahəsində bir sıra problemlərin həllini tapmaq üçün yaxşı imkandır”, deyə o bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG