Accessibility links

Məhəmməd Rza Heyət: Hədəfimiz Türkiyədə İranla bağlı birinci əl mənbələr hazırlamaqdır [Audio-Müsahibə]


Məhəmməd Rza Heyətin sözlərinə görə İranla bağlı araşdırma fəaliyyətlərində ən böyük çətinlik əməkdaşlığa hazır olan peşəkar kadrların az olmasıdır. Təbriz Araşdırmaları İnstitutunun başqanı Amerikanın Səsi ilə söhbətdə qurumun 2016-cı ildə təsis edildikdən bəri həyata keçirdiyi fəaliyyətləri şərh edib.

Məhəmməd Rza Heyət Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:12:56 0:00

Ankara Universitetinin müəllimi araşdırmalar mərkəzinin əsas hədəfinin İran türklüyü ilə əlaqədar birinci əl mənbələr və materiallar hazırlamaqdan ibarət olduğunu bildirir:

Əsas hədəfimiz İran və Azərbaycan, xüsusilə də İran sahəsində bütün siyasi, ictimai, iqtisadi və mədəni məsələlər üzərində birinci əl qaynaqlar hazırlayıb və Türkiyə ictimaiyyətinə çatdırmaqdır.

“Fəaliyyətlərimizin əsas amacı İran və Azərbaycan, xüsusilə də İran sahəsində bütün siyasi, ictimai, iqtisadi və mədəni məsələlər üzərində birinci əl qaynaqlar hazırlayıb və Türkiyə ictimaiyyətinə çatdırmaqdır. Yəni Avropadilli qaynaqlar üzərindən deyil, ilk əldən çatdırmağı hədəfləmişik.”

Heyət mərkəzin keçən iki il ərzində nəşr üçün kitablar və 800 üzərində məqalə hazırlatdığı, həmçinin İsveçin paytaxtı Stokholm şəhərində, Ankarada və Türkiyənin digər şəhərlərində Təbriz İnstitutunun təşkil etdiyi toplantılar və konfranslar haqqında məlumat verib.

“Təbriz Araşdırmalar Mərkəzinin birbaşa göstərdiyi fəaliyyətlərdən əlavə bir də mərkəzin dəstək verdiyi çalışmalar olub. Onlardan biri Ankara Universiteti, Çağdaş Türk Ləhcələri və Ədəbiyyat Bölümünün Azərbaycan Cumhuriyyətinin 100 illiyi münasibətilə keçirdiyi bir simpozium olub,” deyə Məhəmməd Rza Heyət qeyd edir.

Onun söylədiklərinə görə, bütün çətinliklərə baxmayaraq, mərkəz keçən iki il ərzində başlanğıcda müəyyənləşdirdiyi əsas hədəflər istiqamətində fəaliyyətlərini yürütməyi bacarıb:

“Hədəflərimizdə dəyişiklik olmadı, amma yaşadığımız təcrübədə bəzi sahələrdə daha sürətlə irəliləyə bildik, bəzi sahələrdə isə sürətimiz düşdü. Yaşadığımız ölkənin şərtləri də buna müsbət və ya mənfi anlamda təsir göstərir.”

Türkoloq alim mərkəzin fəaliyyətlərində qarşılaşdıqları ən böyük çətinliyin uzman kadr məsələsi ilə əlaqədar olduğunu vurğulayır.

Onun dediklərinə görə, “bu sahədə çalışa bilən uzmanlar var. Lakin, çalşmaq istəyən uzmanların sayı çox azdır. Onun da müxtəlif səbəbləri var. Bəziləri öz təhlükəsizlik qayğılarını düşünərək hər hansı sivil toplum təşkilatı ilə çalışmaq istəmirlər. Bəziləri də, yüksək lisans və dokturluq dərəcəsi üzərində çalışdıqlarına baxmayaraq özlərini yetərli görmürlər.”

İrandakı türk məsələsi üzrə fəaliyyət üçün ən uyğun xarici ölkənin Türkiyə olduğunu önə çəkən Məməmməd Rza Heyət deyir ki, “biz kadr məsələsində nə qədər çətinlik çəksək də, İran türklüyündən ali təhsillə məşğul olan insanların çoxu Türkiyədə yaşayır.”

XS
SM
MD
LG