Accessibility links

Rza Talibi güneyli qaçqınların problemləri haqda danışır [Audio]


Rza Talibi
Rza Talibi

Həbs, işgəncə, fiziki təhlükə ya başqa səbəblər üzündən öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalan güneylilərin bir çoxu Amerika ya Avropa ölkələrində məskunlaşana qədər qonşu ölkələr, xüsusilə Türkiyədə bir neçə il müvəqqəti yaşayırlar. Amerikanın Səsinə müsahibədə güneyli mühacirlərin durumunu dəyərləndirən yazar Rza Talibi son zamanlarda Türkiyədə müvəqqəti qalma müddətinin kəskin uzandığını deyir.

Rza Talibi: Türkiyə güneyli qaçqınlara Azərbaycandan daha yaxşı baxır
please wait

No media source currently available

0:00 0:19:52 0:00

Türkiyədə yaşayan güneyli şair və yazar, mühacirlərin qarşılaşdığı problemlər və yaşadığı ölkənin toplumuna interqrasiya prosesində üzləşdiyi çətinlikləri şərh etməklə bərabər güneyli siyasi təşkilatların qaçqınların məsələlərinə necə yanaşdıqlarını da dəyərləndirir.

Güneyli qruplar və təşkilatların mühacirlərə yardım etmək üçün heç bir fəaliyyəti yoxdur. Mən bu istiqamətdə hər hansı bir təşəbbüs görməmişəm...

Talibinin dediklərinə görə, son vaxtlarda mühacirlər Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Yüksək Komissarlığına müraciətindən sonra müsahibə, cavab almaq və üçüncü ölkəyə yerləşmək prosesinin bitməsi üçün daha uzun zaman gözləməli olurlar. O, suriyalı qaçqınların Türkiyəyə axınına işarə edərək bu gözləmə zamanının daha da uzanacağını deyir.

Güneyli mühacir müsahibədə Türkiyədə BMT-yə müraciət etmiş güneylilərin üzləşdiyi maddi çətinlikləri önə çəkir.

BMT Qaçqın Agentliyinin (UNHCR) rəmzi
BMT Qaçqın Agentliyinin (UNHCR) rəmzi

“Birləşmiş Millətlərə müraciət etmiş mühacirlərin maddi baxımdan ciddi problemləri var. Mühacirlər [onlar üçün müəyən edilmiş] şəhərləri tərk edə bilmirlər. Bunların çoxu kiçik şəhərlər olduğu üçün onlarda iş imkanları da yoxdur...,” deyə Rıza Talibi söyləyir.

O, mühacirlərə gələn maddi yardımların məhdud olduğu və hamıya çatmadığını qeyd edərək, Suriyadan mühacirlərin axını ilə mövcud imkanlardan faydalanmağın daha da çətinləşdiyini önə çəkir.

Birləşmiş Millətlərə müraciət etmiş mühacirlərin maddi baxımdan ciddi problemləri var.
Rıza Talibi

Urmiyəli yazar həmçinin güneyli təşkilatların mühacirlərin məsələlərinə nə şəkildə yanaşması ilə bağlı Amerikanın Səsinin suallarını cavablandırır:

“Güneyli qruplar və təşkilatların mühacirlərə yardım etmək üçün heç bir fəaliyyəti yoxdur. Mən bu istiqamətdə hər hansı bir təşəbbüs görməmişəm... Sadəcə bəzi siyasi təşkilatlar özlərinə bağlı olan şəxslərə yardım edirlər. Əlbəttə bu normaldır, ancaq bəzi psixoloji sorunlar da yarada bilir. İnsanlar öz geçimlərini sağlamaq üçün bir siyasi təşkilata bağlanmağa məcbur olmuş kimi görünür.”

“Güney Azərbaycandan Türkiyəyə köçən türklər Türkiyə toplumu ilə yaxın bir kültürü paylaşsalar da, fərqli keçmiş və fərqli dərdlər daşıdıqları üçün toplum tərəfindən yaxşı anlaşılmırlar,” deyə güneyli fəal mühacirlərin yaşadıqları topluma inteqrasiyası ilə bağlı problemlərin mövcud olduğunu qeyd edir.

Türkiyədəki durum Azərbaycan Respublikasından daha yaxşıdır. İş baxımından daha yaxşı şərtlər vardır. Mühacirlər yeyib içməsini təmin edə bilir.

Talibi habelə Türkiyədə qaçqınlarla bağlı idari proseslər və onların işləri ilə məşğul olan qurumlarda bəzi dəyişikliklərin aparıldığını söyləyir.

Bütün bunlara baxmayaraq, urmiyəli fəal Türkiyədə mühacirətdə yaşayan güneylilərin durumunun Azərbaycan Respublikasında yaşayanlardan daha yaxşı olduğuna inandığını dilə gətirir:

“Türkiyədəki durum Azərbaycan Respublikasından daha yaxşıdır. İş baxımından daha yaxşı şərtlər vardır. Mühacirlər yeyib içməsini təmin edə bilir. Türkiyə xalqı da qəribsevər bir xalqdır, iş tapmaq üçün yardım edir, iş verirlər... Azərbaycanda amma, güneyli mühacirlərin kimlik nömrələri belə olmur...”

XS
SM
MD
LG