Accessibility links

Şimali İrlandiyada protestant yürüşlərindən qabaq Belfastın qərb küçələrində iğtişaş olub


Şimali İrlandiyada protestant yürüşlərindən qabaq Belfastın qərb küçələrində iğtişaş olub
Şimali İrlandiyada protestant yürüşlərindən qabaq Belfastın qərb küçələrində iğtişaş olub

Şimali İrlandiyada, rəsmilərin bildirdiyinə görə, bu gün protestant yürüşlərindən qabaq Belfastın qərb küçələrində ixtişaş baş qaldırıb. Polis 200-ə yaxın nümayişçiyə rezin güllələrdən atəş açdıqdan sonra nümayişçilər polislərə daş, kərpic və benzin doldurulmuş butulkalarla cavab veriblər. Polisin məlumatına görə hadisədə azı 22 zabit yaralanıb. Mülki vətəndaşlar arasında xəsarət alan olmayıb. Əksəriyyəti katolik olan Belfəstin qərb hissəsində iğtişaşlar 1690-cı ildə protestantların Boyne döyüşündəki qələbəsinə həsr olunan `The Twelfth` bayramının ildönümü ərəfəsinə təsadüf edib. Hər il on minlərlə protestant Kral Vilyamın Britaniya taxtına iddialı katolik rəqibinin üzərindəki qələbəni bayram edir.

XS
SM
MD
LG