Accessibility links

İrlandiyalılar irimiqyaslı ixtisar planına etiraz edirlər


İrlandiyalılar irimiqyaslı ixtisar planına etiraz edirlər
İrlandiyalılar irimiqyaslı ixtisar planına etiraz edirlər

On minlərlə adam Dublin şəhərinin soyuq küçələrinə çıxaraq İrlandiya hökumətinin sosial proqramlarda ixtisar və vergiləri artırma planına etiraz ediblər. İrlandiya hökuməti bu addımları 113 milyard dollar həcmində beynəlxalq yardım almaq üçün qoyulan şərtlərə əməl etmək ehtiyacı ilə əsaslandırır. Liffi çayı boyunca yürüş edən nümayişçilər baş nazir Brayan Kauenin dörd illik planına qarşı qəzəblərini ifadə ediblər. Plan İrlandiyanın büdcə defisitini qarşıdan gələn illərdə 20 milyard dollar azaltmağı nəzərdə tutur. İrlandiya Avropada İkinci Dünya Müharibəsindən bəri ən iri büdcə defisitinə malik olan ölkədir.

XS
SM
MD
LG