Accessibility links

Robert Koçaryan barəsində həbs qətimkan tədbirini daha iki aylığa uzadılıb


Yerevan məhkəməsi keçmiş prezident Robert Koçaryan barəsində həbs qətimkan tədbirini daha iki aylığa uzadıb. Vəkili Aram Orbelian martın 15-də məhkəmədən sonra deyib ki, qərardan apellyasiya şikayəti veriləcək.

Koçaryan dekabrda həbs olunub. Həbsindən dörd ay öncə ona 2008-ci ildə, onillik prezidentliyinin son həftələri ərzində ölkənin konstitusion quruluşunu dəyişmək ittihamı irəli sürülüb.

Keçmiş prezident ittihamları siyasi motivli sayır.

Bu ayın əvvəlində Xüsusi İstintaq xidməti məhkəmədən Koçaryan barədə həbs qətimkan tədbirini uzatmağı xahiş edib.

Onun vəkilləri cinayət işini əsassız, siyasi motivli hesab edirlər.

Koçaryana daha bir ittiham təhlükəsizlik qüvvələrinə müxalifət fəallarına qarşı gücdən istifadə göstərişi verməsidir. Fəallar 2008-ci ilin fevralında keçirilmiş prezident seçkisində saxtakarlığın baş verdiyini deyirdilər.

Martın 1-də başlamış etirazların yatırdılması zamanı 8 etirazçı, iki polis əməkdaşı öldürülüb. Bundan öncə Koçaryan üç həftəlik fövqəladə vəziyyət elan etmişdi.

64 yaşlı eks-prezident deyir ki, ona ittihamlar indiki baş nazir Nikol Paşinyanın ona qarşı siyasi “intiqamı”dır.

Paşinyan 2008-ci il etirazlarında əsas rol oynamış, sonradan iki il həbs cəzası çəkmişdi. O, Koçaryana qarşı cinayət işini müdafiə edir, onu təşkil etməsi iddialarını rədd edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG