Accessibility links

Robert Koçaryan zaminə buraxılmadı


Robert Koçaryan

Yerevan məhkəməsi keçmiş prezidenti Robert Koçaryanı zaminə buraxmayıb. O, ölkənin konstitusion quruluşunu devirməkdə ittiham olunur.

Hakim Anna Danibekyan qərarı noyabrın 7-də çıxarıb və növbəti iclası noyabrın 12-nə təyin edib.

Koçaryan və daha üç keçmiş məmura ittiham 2008-ci ilin mart qərarı ilə bağlıdır. O zaman seçkinin nəticələrinə etiraz edənlərə qarşı hərbçilərdən istifadə olunub, hüquq-mühafizə əməkdaşları daxil olmaqla, azı 10 nəfər öldürülüb.

Koçaryan müxalifətçilərə qarşı erməni ordu birləşmələrindən istifadə etməkdə günahlandırılır.

Koçaryanın məhkəməsi 65 yaşlı eks-prezident Yerevan hospitalında cərrahiyə əməliyyatından keçdiyinə görə təxirə salınmışdı.

Məhkəmə 5 noyabrda öz işini bərpa edib.

Spesifik olaraq sabiq Ermənistan prezidenti qeyri-qanuni olaraq Ermənistan ordusunun əsgərlərindən müxalifət nümayişçilərinə qarşı istifadə etməkdə günahlandırılır. Bu ilin əvvəlində isə onun üzləşdiyi ittihamlara prezidentlyi dönəmində $3 milyon dollar rüşvət almaq da əlavə olunub.

2018-ci ilin iyulunda həbs olunan Koçaryan o vaxtdan iki dəfə məhkəmə qərarı ilə azadlığa çıxıb. Hər iki halda prokurorların şikayəti əsasında o, yenidən həbs olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG