Səhhətinin ağırlaşmasına dair şayiələr dolaşan Zimbabvenin 92 yaşlı lideri Robert Muqabe bu gün evinə qayıdıb.
Şənbə günü Muqabeni gətirən təyyarə paytaxt Harareyə çatıb.
Yayılan xəbərlərdə Afrikanın ən yaşlı liderinin müalicə üçün Dubaya getdiyi bildirilirdi.
Zimbabvelilər xüsusilə onun son illər iqtisadiyyatı gücləndirə bilməməsinə qəzəblidirlər.
Hakimiyyətinin 36-cı ilində Muqabe ictimai etirazlarla üzləşməkdədir. Zimbabvenin xronik iqtisadi problemləri xüsusilə quraqlıq və ciddi nağt pul çatımazlığından sonra daha da pisləşib. İctimai xadimlər bir müddət əmək haqlarını əldə edə bilməyib.
Azadlıq hərəkatının lideri olmuş Muqabe 1980-ci ildən Zimbabvedə hakimiyyətdədir.
"Xalq çox qəzəblidir" - deyə sabiq baş nazir Morqan Tsvanqiray bildirib.
Bu yaxınlarda hakim ZANU-PF partiyası Muqabeni diktator adlandırdığına görə, 4 müharibə veteranını ölkədə sürgün edib.
Azadlıq hərəkatının lideri olmuş Muqabe 1980-ci ildən Zimbabvedə hakimiyyətdədir.