Accessibility links

ABŞ səfiri Dini Komitənin sədri ilə görüşüb


Mayın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekutanı qəbul edib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" qanunla tənzimlənir.

“Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Ölkəmizdə məscid, sinaqoq və kilsələr insanların ixtiyarına verilib”, o qeyd edib.

Qurbanlı bildirib ki, ibadət evlərinin bir qisminin təmir və bərpası Azərbaycan hökumətinin hesabına həyata keçirilir.

Səfir Sekuta iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün səylə çalışdığını deyib.

O, qeyd edib ki, səfir kimi namizədliyi irəli sürülərkən ABŞ Senatındakı çıxışında Azərbaycanın yüksək tolerantlıq nümunəsi olduğunu xüsusi vurğulayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG