ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta oktyabrın 13-də ADA Universitetinin tələbə və professor-müəllim heyəti qarşısında çıxış edib. Çıxış Amerika-Azərbaycan əlaqələrinə həsr edilib.
Səfirin çıxışından qeydləri təqdim edirik:
Azərbaycan və Birləşmiş Ştatlar arasında olan diplomatik əlaqələrin tarixi 24 il bundan əvvəl başlamışdır. Yeri gəlmişkən, Azərbaycan parlamenti tərəfindən 18 oktyabr, 1991-ci ildə Sovet İttifaqından ayrılıb, müstəqillik bəyannaməsinin qəbul olunmasının ildönümünə bir neçə gün qalır. İki ay sonra Birləşmiş Ştatlar, Azərbaycan da daxil olmaqla on iki keçmiş Sovet dövlətinin müstəqilliyini rəsmən tanıdı. 1992-ci ilin yazında biz hər bir ölkənin paytaxtında qarşılıqlı diplomatik missiyamızı yaratdıq.
1919-cu ildə keçirilmiş Paris Sülh Konfransı zamanı ABŞ prezidenti Vudro Vilson, Azərbaycan Demokratik Respublikasının nümayəndə heyəti ilə görüşmüşdür.
Bununla belə, bizim diplomatik əlaqələrimizin əsası daha əvvələ, iyirminci əsrin əvvəlinə təsadüf edir. 1919-cu ildə keçirilmiş Paris Sülh Konfransı zamanı ABŞ prezidenti Vudro Vilson, Azərbaycan Demokratik Respublikasının nümayəndə heyəti ilə görüşmüşdü. Vilson öz xatirələrində bu nümayəndə heyətinin, “ideyalar, azadlıq anlayışı, hüquq və ədalət düşüncələri ilə bağlı mənimlə eyni dildə danışan insanlardan” ibarət olduğunu qeyd etmişdi.
Həqiqətən də, Azərbaycan Demokratik Respublikası kişilərin və qadınların səsvermə hüququna malik olduğu, müsəlman dünyasında ilk dünyəvi demokratik dövlət idi, həmin vaxt ümumxalq səsvermə hüququ hətta Birləşmiş Ştatlarda belə qəbul olunmamışdı.
Azərbaycan hər zaman Birləşmiş Ştatların vacib tərəfdaşı olmuşdur və bu, bu gün də belədir. Bəziləri onun “çətin qonşuluq” məkanında yerləşdiyini qeyd edirlər, lakin bu qonşuluq Avrasiyanın kəsişməsidir.
Bu gün bizim əlaqələrimizin əsas tərəfini məhz azadlıq, bərabərlik və demokratiya ilə bağlı ortaq dəyərlər təşkil edir. Azərbaycan hər zaman Birləşmiş Ştatların vacib tərəfdaşı olmuşdur və bu, bu gün də belədir. Bəziləri onun “çətin qonşuluq” məkanında yerləşdiyini qeyd edirlər, lakin bu qonşuluq Avrasiyanın kəsişməsidir. Mən bu yerləşməyə bir imkan kimi baxmağa üstünlük verirəm: təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq, demokratiya və insan haqları kimi həlledici və bərabər səviyyədə əhəmiyyətli sahələrdə əməkdaşlıq imkanı kimi.
Birləşmiş Ştatlar Azərbaycanı beynəlxalq təhlükəsizliyə öz töhfəsini verən bir tərəfdaş kimi tanımışdır. 2001-ci ilin 11 sentyabr hücumlarından sonra dəstək olanlar arasında ilk prezident Heydər Əliyevin öz kömək əlini uzatmasını və terrorizmə qarşı mübarizədə ölkəsinin sıx əməkdaşlığını təklif etməsini amerikalılar xatırlayırlar. Terrorizmə və zorakı ekstremizmə qarşı mübarizədə bu əhəmiyyətli və yüksək qiymətləndirilən əməkdaşlıq indi də davam edir. Bundan əlavə, ABŞ və Azərbaycan Silahlı Qüvvələri Əfqanıstan, İraq və Kosovoda birlikdə xidmət göstəriblər. Azərbaycanın hava məkanından keçməklə Əfqanıstana minlərlə uçuş həyata keçirilib və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə dəstək məqsədilə Bakıdan minlərlə yük konteyneri yola salınıb. Bütün bunlarla bərabər, təhlükəsizlik sahəsində, belə ki, sərhəd təhlükəsizliyinin gücləndirilməsində, nüvə silahının yayılmasının qarşısının alınmasında və insan alverinə qarşı mübarizədə böyük fayda verəcək hələ çox işlər görülə bilər.
Biz eyni zamanda Azərbaycan iqtisadiyyatının diversifikasiyasını, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və digər sektorların inkişafını dəstəkləyirik və Böyük İpək Yolu layihəsinin bir hissəsi olaraq daşınma və digər infrastrukturun inkişaf etdirilməsində Azərbaycana köməklik göstəririk.
Birləşmiş Ştatlar və Azərbaycan enerji təhlükəsizliyi sahəsində iyirmi ildən çoxdur əməkdaşlıq edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və qaz nəqli üzrə Cənub Dəhlizində əldə olunan tərəqqi, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə olan dəstəyinin güclü rəmzləridir - Avropa ölkələri üçün enerji marşrutlarının və mənbələrinin diversifikasiyası istiqamətindəki beynəlxalq səylərin əsas elementidir. Biz eyni zamanda Azərbaycan iqtisadiyyatının diversifikasiyasını, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və digər sektorların inkişafını dəstəkləyirik və Böyük İpək Yolu layihəsinin bir hissəsi olaraq daşınma və digər infrastrukturun inkişaf etdirilməsində Azərbaycana köməklik göstəririk.
Mən hesab edirəm ki, əgər hər hansı bir ölkədə insanlar hökumətin onların qarşısında cavabdeh olduğunu bilsələr və onlar düşüncələrini və istəklərini ifadə edə biləcəklərini dərk etsələr, orada sabitlik və iqtisadi inkişaf olacaqdır.
Təhlükəsizlik və iqtisadi əməkdaşlığımızı davam etdirməklə bərabər, biz eyni zamanda demokratik institutların və proseslərin inkişaf etdirilməsində, qanunun aliliyinin gücləndirilməsində və əsas insan hüquqlarının təmin olunmasında Azərbaycan və azərbaycanlılarla birgə çalışmalıyıq, çünki bu üç sahə bir-biri ilə sıx bağlıdır. Mən hesab edirəm ki, əgər hər hansı bir ölkədə insanlar hökumətin onların qarşısında cavabdeh olduğunu bilsələr və onlar düşüncələrini və istəklərini ifadə edə biləcəklərini dərk etsələr, orada sabitlik və iqtisadi inkişaf olacaqdır.
Ötən ay BMT-in Baş Assambleyasında çıxışı zamanı prezident Obamanın qeyd etdiyi kimi, tam demokratik olmayan ölkələr təkrar-təkrar özlərinin qeyri-stabil olduqlarını göstərmişlər. Düşünürəm ki, məsələn, bu gün Liviyadakı ağır böhranın kökündə, əsasən Müəmmar Qəddafinin 42 illik yanlış idarəetməsi nəticəsində buradakı təsisatların ləğv edilməsi və yaxud aradan qaldırılması dayanır. Qanunun aliliyi təmin edilən ölkələr isə biznesə sərmayə qoyuluşunu və sahibkarları cəlb edə və saxlaya bilər, beləliklə də daha çiçəklənən və stabil ola bilərlər.
Düşünürəm ki, məsələn, bu gün Liviyadakı ağır böhranın kökündə, əsasən Müəmmar Qəddafinin 42 illik yanlış idarəetməsi nəticəsində buradakı təsisatların ləğv edilməsi və yaxud aradan qaldırılması dayanır.
Beləliklə, Azərbaycan və Birləşmiş Ştatların paylaşdığı dəyərlər, ölkənin sabitliyi və iqtisadi çiçəklənməsini birbaşa şərtləndirir. Birləşmiş Ştatlar, Azərbaycanı güclü, çiçəklənən, sabit və demokratik ölkə kimi görmək istəyir. Bu, hər zaman bizim diplomatik əlaqələrimizin hədəfi olmuşdur və gələcəkdə də davam edəcək.
Birləşmiş Ştatlar və Azərbaycan arasındakı əlaqələrdən və yaxud istənilən sahədəki ikitərəfli əlaqələrdən danışarkən, yadda saxlamaq lazımdır ki, qarşılıqlı narahatlıq doğuran məsələlərlə bağlı informasiya, çox vaxt çoxtərəfli əlaqələr vasitəsilə ötürülür və yaxud təsisatlar daxilində müəyyən olunur. ABŞ və Azərbaycan arasındakı əlaqələr 20-ci əsrin münaqişələrindən yaranmış beynəlxalq nizam-intizam əsasında həyata keçirilir. Bu, beynəlxalq nizam-intizam, insan azadlığı və çiçəklənmə sahəsində misilsiz tərəqqini təmin etmişdir. Prezident Obamanın ötən ay BMT-nin Baş Assambleyasındakı çıxışında qeyd etdiyi kimi, məhz bu diplomatik səylər nəticəsində dünyanın əsas gücləri arasında əməkdaşlıq həyata keçirilmiş və bir milyard – bir milyarddan çox – insanın yoxsulluqdan qurtarmasına imkan verən qlobal iqtisadiyyat gücləndirilmişdir. Məhz bu diplomatik prinsiplər, böyük ölkələri öz istəklərini kiçik ölkələr üzərində yeritməkdən çəkindirir və hər bir qitədə yaşayan insanların rifahını yaxşılaşdırır. İstər BMT-nin Nizamnaməsində, Helsinki Razılaşmasında, beynəlxalq maliyyə və ticarət təşkilatlarının yaradılması üzrə razılaşmalarda, istərsə də digər sazişlərdə, məhz bu prinsiplərə əməl olunmalı və inkişaf etdirilməlidir. Ölçüsündən, tarixindən və yaxud coğrafi mövqeyindən asılı olmayaraq bu prinsiplər heç bir ölkə tərəfindən kor-təbii olaraq qəbul edilə bilməz. Hamımız bu hədəfə nail ola bilməyən bir çox dövlətləri misal gətirə bilərik, düşünürəm ki, beynəlxalq əlaqələr bölməsinin tələbələri olaraq siz də mənimlə razılaşarsınız ki, beynəlxalq standartları qoruyub saxlamaq bütün ölkələrin marağındadır. Əks halda, prezident Obamanın da qeyd etdiyi kimi, bizi əvvəlki dövrlərdə olduğu kimi, münaqişə və güc tətbiq olunduğu dövrə qayıtmaq təhlükəsi gözləyir.
Hesab edirəm ki, azərbaycanlılar da bu ideyanı dəstəkləyirlər və beynəlxalq ictimaiyyət, iki il ərzində BMT-nin Təhlükəsizlik Şurasındakı uğurlu fəaliyyəti, eləcə də bu il keçirilən sülhməramlı sammitə verdiyi töhfə nəticəsində Azərbaycanın potensialını və onun çoxtərəfli sahədə oynadığı müsbət və əhəmiyyətli rolunu müşahidə etmişdir.
Azərbaycana gəldiyimdən bəri mən, müxtəlif mənbələrdən ADA Universitetinin ünvanına səslənən yüksək tərifləri eşitmişəm. Bu, böyük hörmətə layiq olan, professor-müəllim heyətinin və tələbələrinin keyfiyyətinə görə təqdir edilən bir təşkilatdır. Bu, məndə Azərbaycanla üç sahədə - təhlükəsizlik, enerji və iqtisadi inkişaf, demokratiya və insan haqları sahəsindəki ortaq dəyərlərə əsaslanan ünsiyyət, əməkdaşlıq və qarşılıqlı hörmət əsasında həyata keçirilən güclü tərəfdaşlıq fəaliyyətimizdə və beynəlxalq nizam-intizamın dəstəklənməsi və gücləndirilməsi səylərimizdə böyük inam yaradır. Mən, bu qarşılıqlı əlaqələrin irəliyə doğru inkişaf etdirilməsində hazırkı və gələcək diplomatlarla birgə çalışmaqdan məmnunam.