Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Amerikanın Səsinə müsahibəsində prezident İlham Əliyevin ABŞ səfərinin yekunları, iki ölkə arasında iqtisadi əlaqələr, ABŞ investisiyaları, iqtisadi islahatlar, nüvə təhlükəsizliyi, Dağlıq Qarabağ problemi və insan haqlarından danışıb.
Müsahibəni Azərbaycan və İngilis dilində təqdim edirik:
Suallara cavab verməmişdən öncə səfir Sekuta Azərbaycan prezidentinin Amerikada keçirdiyi görüşlər və müzakirə olunan məsələlərlə bağlı məlumat verib.
Biz Azərbaycanın Nüvə Materialının Fiziki Mühafizəsi Haqqında Konvensiyaya düzəlişin ratifikasiya etməsini dəyərləndiririk, bu həmçinin vacib məsələ idi. Bundan əlavə bu bölgədə ümumi təhlükəsizlik məsələləri müzakirə mövzusu olub.
Prezident İlham Əliyev bu yaxınlarda ABŞ-a çox uğurlu bir səfər edib. Bu səfərin baş tutması üçün hər iki ölkə səylə çalışıb. Bizim fikrimizcə səfər çox uğurlu olub. Bildiyiniz kimi hər iki tərəf Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində hər iki ölkənin prezidentlərinin görüşünün baş tutması üçün çox çalışıb. Bundan əlavə, prezident Əliyev ABŞ hökumətinin digər yüksək rütbəli nümayəndələri ilə də görüşüb. Onların arasında vitse-prezident, dövlət katibi və kommersiya məsələləri üzrə katibin də adını çəkmək olar. Özünüz də şahidi olduğunuz kimi həmin görüşlərdə bizim münasibətlərimizin bir sıra aspektləri müzakirə edilib. Burada nüvə təhlükəsizliyi məsələləri barədə söhbətlər aparılıb. Biz Azərbaycanın Nüvə Materialının Fiziki Mühafizəsi Haqqında Konvensiyaya düzəlişin ratifikasiya etməsini dəyərləndiririk, bu həmçinin vacib məsələ idi. Bundan əlavə bu bölgədə ümumi təhlükəsizlik məsələləri müzakirə mövzusu olub. Əlbəttə müzakirə mövzuları arasında iqtisadi məsələlər də olub. Bildiyiniz kimi dövlət katibi “Cənub Qaz” Dəhlizi, eyni zamanda Azərbaycanın öz iqtisadiyyatını diversifikasiya etməsi ilə bağlı atdığı addımları təqdir edib. Bundan başqa, müzakirə edilən məsələlər arasında ABŞ investisiyalarının Azərbaycana cəlb olunması, bunun üçün yumşaq infrastruktur adlandırılan addımların atılması, ümumilikdə iqtisadiyyatın inkişafı məsələləri var. Bildiyiniz kimi neft qiymətlərinin enib-qalxması çox sayda Azərbaycanlıların maliyyə itkiləri ilə nəticələnmişdir, bu Birləşmiş Ştatların bölgələrinə də birbaşa təsir göstərir. Bu məsələ ilə bağlı bizim ölkənin təcrübəsi var. Biz bu sahədə bizim malik olduğumuz təcrübənin mübadiləsini apara bilərik və eyni zamanda Azərbaycanın təcrübəsindən də bəhrələnə bilərik, - bu qarışılıqlı əməkdaşlıqdır. Mənim sadaladığım bu və digər məsələlər Vaşinqtionda aparılan müzakirələrin mühüm hissəsi olub.
Xülasə olaraq belə deyə bilərəm ki, burada yalnız uğurlu addım atıldı, təbrik edirəm, bununla da məsələ bitmir. Bu önəmli bir dönüş nöqtəsidir, önəmli bir mərhələdir ki, burada tərəflər bu vaxta qədər atılmış addımları təhlil edir, nəzərdən keçirir, gələcəkdə birgə ata biləcəkləri addımları müzakirə edirlər.
Əlbəttə insan haqları, demokratiya və iqtisadiyyatın inkişafı kontekstində qanunun aliliyi məsələləri də müzakirə edilib. O cümlədən, həm dövlət katibi, həm də vitse-prezident Azərbaycanda son dövrlərdə atılan addımları bəyəndiklərini, təqdir etdiklərini bildirib. Eyni zamanda bu cür pozitiv, müsbət addımların gələcəkdə də atılmasına ümid etdiklərini bildiriblər. Xülasə olaraq belə deyə bilərəm ki, burada yalnız uğurlu addım atıldı, təbrik edirəm, bununla da məsələ bitmir. Bu önəmli bir dönüş nöqtəsidir, önəmli bir mərhələdir ki, burada tərəflər bu vaxta qədər atılmış addımları təhlil edir, nəzərdən keçirir, gələcəkdə birgə ata biləcəkləri addımları müzakirə edirlər. Hər iki ölkə üçün əhəmiyyətli olan bir sıra məsələləri nəzərdən keçirirlər və eyni zamanda regional baxımdan əhəmiyyətli olan məsələləri də gözdən keçirirlər.
Sözümün davamı olaraq qeyd etmək istəyirəm ki, aprelin 12-də prezident İlham Əliyev Amerika Ticarət Palatası ilə görüş keçirdi və görüşdə biz ABŞ biznesinə və eyni zamanda Azərbaycan iqtisadiyyatına birbaşa təsir göstərən məsələlərlə bağlı müzakirələr apardıq. Burada əlbəttə müzakirə mövzusu iqtisadiyyatın diversifikasiyası və inkişaf etdirilməsi ilə bağlı bizim birgə atılması gərəkən addımlar oldu. Eyni zamanda xüsusi diqqət cəlb edən o olmuşdur ki, bizim bu çox pozitiv istiqamətdən birgə davam etməyimiz və ikitərəfli əlaqələrimizi gücləndirməyimiz də qeyd edilməlidir.
Amerikanın Səsi: Ilk öncə Azərbaycan prezidenti ilə Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətinin görüşü barədə təəssüratlarınızı bilmək maraqlıdır. Görüşdə diqqətinizi çəkən əsas məqamlar nə oldu?
Bəli neft-qaz vacibdir, amma yalnız bu məsələyə köklənib, bu məsələdə, bu sahədə qalmaq olmaz. Oradan uzaqlaşaraq digər vacib sahələrə doğru da irəliləmək lazımdır.
Robert Sekuta: İlk öncə onu qeyd edim ki, bəlkə də görüşün mövzusu baxımından orada ən az əhəmiyyət kəsb edən şəxs mən idim. Bu baxımdan ki, Azərbaycan tərəfindən prezident və onun bu məsələlər üzrə köməkçisi Natiq Əmirov, ABŞ tərəfindən isə bilavasitə bu məsələlərlə məşğul olan biznesin işgüzar nümayəndələri iştirak edirdi. Orada müşahidə etdiklərimi bölüşmək istəyirəm. Prezident Əliyev hazırda iqtisadi vəziyyət və iqtisadi böhranın Azərbaycana təsirini neçə gördüyü barədə fikirlərini bölüşdü. Onu da qeyd etmək lazımdır ki, bəli neft-qaz vacibdir, amma yalnız bu məsələyə köklənib, bu məsələdə, bu sahədə qalmaq olmaz. Oradan uzaqlaşaraq digər vacib sahələrə doğru da irəliləmək lazımdır. Eyni zamanda prezident diqqət mərkəzində olan və gələcəkdə inkişaf etdirilməsi nəzərdə tutulan iqtisadiyyat sahələrini qeyd etdi. Azərbaycan hökuməti həmin sahələri müəyyən edib, - bunların arasında kənd təsərrüfatı, yüksək texnologiyalar, yəni İKT, eyni zamanda turizmi və “İpək Yolu” məsələsini də nəzərə alaraq, - bu kontekstdə Azərbaycanın nəqliyyat qovşağına, mərkəzinə çevrilməsi və istər şimal-cənub, istəsə də şərq-qərb istiqamətində yüklərin, turistlərin və xidmətlərin daşınması ilə ölkənin iqtisadiyyatına əlavə dəyər qatılması barədə danışıldı. Eyni zamanda, bayaq da qeyd etdiyimiz kimi infrastruktur adlandırılan, çox önəmli məsələlər, - qanunun aliliyi, islahatlar (xüsusilə gömrük və vergi sahəsində), korrupsiya ilə mübarizə, şəffaflığın artırılması məsələlərindən də prezident bəhs etdi. Bizim tərəfdən də Amerika Ticarət Palatasının İdarə Heyyətinin üzvləri burada nə ilə məşğul olduqlarını, hansı fəaliyyət göstərdiklərini və sahibkarlıq sahəsində imkanların, iş yerlərinin artırılması üçün hansı addımların atılmasının vacib olduğundan bəhs etdilər. Bildiyiniz kimi, kiçik və orta sahibkarlıq işçilərin və iş yerlərinin sayının çox olması ilə diqqəti çəkir. Mən isə öz növbəmdə USAİD (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) vasitəsi ilə sahibkarlığın inkişaf etdirilməsi üçün və buraya əsasən xanımların, gənclərin cəlb edilməsi və bunun vasitəsi ilə iqtisadiyyatın inkişaf etdirilməsi, o cümlədən kənd təsərrüfatı sahəsində hansı işlər görürük və hansı işləri görməyi planlaşdırdığımızdan danışdım. Eyni zamanda biz Azərbaycana onun nəqliyyat qovşağına çevrilməsi sahəsində iş aparırıq.
Hər iki tərəf bu kimi fikir və təcrübə mübadilələrinin vacibliyini qeyd etdi və onu da bildirdilər ki, bu kimi görüşlər, mübadilələr çox faydalıdır.
Amerikanın Səsi: Siz prezidentlə görüşdə bildirdiniz ki, Amerika Azərbaycanın güclü, çiçəklənən və sabit ölkə olmasına kömək etmək istəyir. Bunun üçün tərəflər hansı addımları atmalıdır? Xüsusilə də sabitlik baxımından. Dünyada bir anlam var, sabitlik üçün makroiqtisadiyyat, makromaliyyə, demokratiya və insan hüquqları qorunmalıdır. Bu dörd amil bir yerdə olmayanda sabit ölkə sayılmır.
Bizim məqsədimiz Azərbaycanla güclü və yüksək pozitiv əlaqələrə malik olmaqdır. Biz istəyirik ki, Azərbaycan güclü, çiçəklənən, demokratik bir ölkə olsun və azərbaycanlılar öz ölkələri üçün istədiklərini yerinə yetirə bilsinlər.
Robert Sekuta: Mən Azərbaycanda olandan bəri ABŞ-la Azərbaycan arasında müzakirə mövzusu sizin qeyd etdiyiniz məsələlər olub. Yəni bizim məqsədimiz Azərbaycanla güclü və yüksək pozitiv əlaqələrə malik olmaqdır. Biz istəyirik ki, Azərbaycan güclü, çiçəklənən, demokratik bir ölkə olsun və azərbaycanlılar öz ölkələri üçün istədiklərini yerinə yetirə bilsinlər. Bununla bağlı 1992-ci ildən ABŞ Azərbaycana 1,3 milyard ABŞ dolları məbləğində yardım edib.
Onu da bildirmək istəyirəm ki, biz Azərbaycana müəyyən sahələrdə öz dəstəyimizi davam etdirəcəyik. Bunların arasında təhlükəsizlik, iqtisadi inkişaf, qanunun aliliyinin gücləndirilməsi və sabitliyin digər elementləri də daxildir.
Amerikanın Səsi: Sonuncu Davos Forumunun əsas şüarı klassik sənaye ilə yeni texnologiyaların birləşdirilərək yeni sənaye inqilabı yaradılması olub. Azərbaycanda yeni sənaye parkları yaradılır. ABŞ investorları həmin sənaye parkları üçün yeni texnologiyalar gətirməkdə maraqlıdırmı?
Bütün bunları nəzərə alaraq daxili investisiyanı necə qoruyub saxlamaq məsələsi ortaya çıxır. Bəli aydındır ki, şirkətlər addım atmazdan öncə bir sıra məsələləri nəzərdən keçirəcəklər.
Robert Sekuta: Əlbəttə, mən bu məsələni maraqda saxlamışam. Sumqayıtda və digər yerlərdə bu məsələlərlə tanış olmuşam. Məsələ bundan ibarət deyil ki, ABŞ, yəni hökumət olaraq məsələ ilə maraqlanırmı? Əslində sualı, məsələni belə qoymaq lazımdır ki, ABŞ şirkətləri və sənaye müəssisələri bu məsələdə maraqlıdırlarmı? Mən hökumətlə ötən aylarda söhbətlər aparmışam ki, Azərbaycan çox qəliz, mürəkkəb beynəlxalq bazarda necə rəqabət aparacaq, necə qabiliyyətli olacaq? Bütün hökumətlər, o cümlədən xarici investisiyanın cəlb edilməsi, o cümlədən ABŞ özü də investisiyaların cəlb edilməsinə çalışır. Bütün bunları nəzərə alaraq daxili investisiyanı necə qoruyub saxlamaq məsələsi ortaya çıxır. Bəli aydındır ki, şirkətlər addım atmazdan öncə bir sıra məsələləri nəzərdən keçirəcəklər. Bunların arasında bir neçəsinin adını çəkmək olar ki, daxili bazarda vəziyyət, tələbat necədir? Digər bazarlara çıxış imkanları necədir? İşçi qüvvəsinin ixtisas, bacarıq, təlim səviyyəsi necədir? Hansısa bir məsələ yaranarsa hüquq sistemi, məhkəmə sistemi necədir? Bax bunları nəzərə alaraq çox gərgin, sərt bir rəqabət gedir. Yəni vəziyyət asan deyil. Sözümün davamı olaraq bildirmək istəyirəm ki, Azərbaycana investisiya qoymaq istəyən, biznes fəaliyyəti qurmaq istəyən, maraqlı olan Amerika şirkətləri var və onlar istər avadanlıq, istər xidmətlər, bacarıq təklif edə bilərlər, gətirə bilərlər. Bütün bunlarda məqsəd azərbaycanlıların qurub və görmək istədikləri iqtisadiyyatın yaradılmasına kömək etməkdir. Səfirliyin məşğul olduğu məsələlərdən biri də Azərbaycan və ABŞ şirkətlərini və qurumlarını bir araya gətirməkdir.
Amerikanın Səsi: Azərbaycanda aparılan son islahatlar ABŞ investisiyalarının ölkəyə cəlbi üçün bəs edirmi? ABŞ investisiyalarının qeyri-neft sektoruna cəlbinə daha çox hansı sahədə islahatlar təkan verə bilər? Məsələn, məhkəmə islahatları, demokratiya, hüquq, qanunvericilik, gömrük və s.
ABŞ-ın Azərbaycandakı Ticarət Palatası “Ağ Sənəd” adlanan bir sənədin hazırlanmasının son mərhələsindədir.
Robert Sekuta: Bu bir prosesdir. İkitərəfli münasibətlərimizdə iki həftə bundan əvvəl başlayaraq biz, bu proseslərə müəyyən mərhələləri olan bir yol kimi baxırıq. Sizin verdiyiniz bu sual və sualda qeyd etdiyiniz məsələlər bizim kommersiya məsələləri üzrə katibin prezident İlham Əliyevlə görüşündə də müzakirə edilib. Onu da əlavə etmək istəyirəm ki, ABŞ-ın Azərbaycandakı Ticarət Palatası “Ağ Sənəd” adlanan bir sənədin hazırlanmasının son mərhələsindədir. Deyirəm ki, gəlin biz bu sənədin hazır olmasını gözləyək. Çünki, həmin o sənədə əsaslanaraq hesab edirəm ki, müəyyən məqamlara və ya verdiyiniz suallara ətraflı cavab ala bilərik.
Amerikanın Səsi: Azərbaycan prezidentinin ABŞ-a səfəri zamanı ticarət əlaqələri də müzakirə edilib. Bilmək istəyirəm ki, iki ölkə arasında ticarət əlaqələrinin inkişafı sahəsində tərəqqi əldə edilməsi üçün hansı addımlar atılmalıdır? İndi “Ağ Sənəd” hazırlanır. Bunun məğzi nədən ibarət olacaq, təkliflər paketi necə olacaq? Amerika mağazalarında bir dənə belə Azərbaycan məhsuluna rast gəlmək mümkün deyil. Sizdən öncəki səfir Riçard Morninqstar deyib ki, “mən Azərbaycandakı qədər dadlı meyvəni dünyanın heç bir ölkəsində yeməmişəm”.
Azərbaycan kənd təsərrüfatı məhsullarının ABŞ-da satışı ilə bağlı bir sıra nəzərə alınan məsələlər var ki, bunların arasında coğrafi yerləşmə, nəqliyyat xərcləri, məhsulun keyfiyyəti, marketinq, bazarlanma, qablaşdırma nəzərə alınmalıdır və rol oynayır.
Robert Sekuta: Sizin qaldırdığınız bir sıra məsələlər ABŞ Ticarət Palatasının “Ağ Sənəd”ində öz əksini tapacaq. Azərbaycan kənd təsərrüfatı məhsullarının ABŞ-da satışı ilə bağlı bir sıra nəzərə alınan məsələlər var ki, bunların arasında coğrafi yerləşmə, nəqliyyat xərcləri, məhsulun keyfiyyəti, marketinq, bazarlanma, qablaşdırma və digər məsələlər var ki, bunlar nəzərə alınmalıdır və rol oynayır. Mən səfir kimi Azərbaycana gəlməmişdən öncə Azərbaycanın ABŞ-dakı səfiri cənab Elin Süleymanovla Azərbaycan kənd təsərrüfatı məhsullarının ABŞ-da satışı ilə bağlı müzakirələr aparmışdım. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycana daha yaxın, daha yaxşı bazarlar da var. Eyni zamanda ABŞ kənd təsərrüfatı məhsullarını keyfiyyətlə və yüksək miqdarda istehsal edən bir ölkədir. Bununla belə, mən Azərbaycanda elə kənd təsərrüfatı məhsullarına rast gəlmişəm ki, onlara ABŞ-da təsadüf olunmur. Azərbaycan sahibkarları, qurumları, şəxsləri ABŞ bazarında özlərinə bu məhsullarla necə yer tutmaq barədə düşünə bilərlər.
Amerikanın Səsi: Bu sahədə ABŞ Azərbaycana emal, emal sənayesi, kiçik biznesin qurulması ilə bağlı hansı yardımlar edə bilər?
Bizim, Kommersiya Qanunun İnkişafı Proqramı çərçivəsində, kommersiya departamentimiz Azərbaycan hökuməti ilə kommersiya üzrə qanunlar üzərində təcrübəni bölüşür.
Robert Sekuta: Bizim Azərbaycanla bu sahədə müəyyən proqramlarımız var. Bunların arasında fındıq istehsalının adını çəkə bilərəm. Eyni zamanda, mən özüm Meyndən olduğumdan, orada alma bağları olduğundan, şəxsi marağım olduğundan alma istehsalını da buraya əlavə etmək olar. Bizim, Kommersiya Qanunun İnkişafı Proqramı çərçivəsində, kommersiya departamentimiz Azərbaycan hökuməti ilə kommersiya üzrə qanunlar üzərində təcrübəni bölüşür. Burada hüquqi normativ baza, hüquqi məsələlər ortaya çıxır. Bizim eyni zamanda sahibkarlığın inkişafına yönələn səylərimizə xüsusilə xanımların, gənc sahibkarların fəaliyyətinin artırılması və onlara dəstək göstərilməsi daxildir. Əslində gələcəkdə hansı sahədə böyük inkişafın ola biləcəyini proqnozlaşdirmaq bir qədər çətindir. Əgər 20 il il öncə diktafon kimi şəxsi audio avadanlığın proqram təminatının istifadə olunması nəticəsində miniatür formasına salına bilicəyi barədə məndən soruşsaydınız mən bu suala cavab verə bilməzdim. Yəni ağlıma gəlməzdi. Sözümün canı odur ki, Azərbaycanda bu sahədə iqtisadiyyatın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, yəni Azərbaycanın tərəqqisinə gətirib çıxaracaq parlaq ideyaları olan şəxslər var. Onlara bu işdə dəstək verilməlidir.
Amerikanın Səsi: Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamanın dəvəti ilə Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edib. Nüvə təhlükəsizliyi sahəsində ABŞ-Azərbaycan əlaqələrinin indiki səviyyəsi qane edicidirmi? Bu sahədə perspektivdə ikitərəfli və ya çoxtərəfli yeni layihələr varmı?
Robert Sekuta: Azərbaycan Beynalxalg Atom Enerjisi Agentliyi tərəfindən Nüvə Materiallarının Fiziki Müdafiəsi haqqında Konvensiyaya edilmiş düzəlişləri ratifikasiya etməsi ilə mühüm bir addım atıb. Bildiyiniz kimi Milli Məclis xüsusi bir sessiya keçirib, bundan sonra bu düzəlişlər prezident tərəfindən təsdiqlənib və Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilib. Azərbaycan önəmli, vacib addım atdı. Çünki bu qanunun qüvvəyə minməsi üçün yetərli sayda ölkələrin olması lazım idi. Azərbaycan məhz öz ratfikasiyası ilə bunu təmin edib. Sammitdə qarşıya qoyulan məsələlərdən biri də terroristlərin nüvə materalını əldə etməsinin qarşısının alınmasıdır. Bu işdə də hər bir ölkə əməkdaşlıq və kömək etməlidir. Azərbaycan terrorizmlə mübarizə sahəsində vacib addımlar atır və önəmli səylər göstərir.
Amerikanın Səsi: Martın 31-də ABŞ-ın vitse-prezidenti Co Bayden Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu davamlı sabitlik, təhükəsizlik və regionun tərəqqisi naminə əhatəli həllinin vacibliyni vurğulayıb. Aprelin 2-də Dağlıq Qarabağda qanlı toqquşmalar başladı və bu qanlı toqquşmalar Rusiya prezidentinin hər iki prezidentlə telefon danışığından sonra atəşkəsin əldə olunması ilə nəticələndi? Münasibətinizi bilmək maraqlıdır. Niyə belə oldu? Münaqişənin gələcək həllini necə görürsünüz, necə olmalıdır?
Çox vacibdir ki, tərəflər bir araya gəlsinlər, irəliyə doğru yol tapsınlar. Minsk qrupunun həmsədrlərinin vəzifəsi və tapşırığı məhz bu işə kömək etməkdir.
Robert Sekuta: Səfir Ceyms Uorlik keçən həftə burada olarkan bu məsələ ilə bağlı fikirlərini bildirmişdi. Mənə gəldikdə isə bir neçə məqamı qeyd etmək istəyirəm. Bunlardan birincisi ABŞ bütöv, azad və dinc şəraitdə yaşayan Avropa ideyasını bəyan edib. Amma məcazi şəkildə desək hansısa bir parçanın üzərində dəliklər varsa, süzülmələr varsa biz o parçanın bütöv, salamat olmasından danışa bilmərik. Onu da qeyd etmək istəyirəm ki, bizim Minsk qrupunda həmsədrimiz olan səfir Uorliki də mən uzun müddətdir tanıyıram. Bilirəm ki, o həmsədrlərdən biri kimi hərtərəfli nizmlanma, bu istiqamətdə irəliləyiş əldə edilməsi üçün çox səylə çalışır. Əlbəttə, siz Sammit vaxtı Vaşinqtonda verilən və sonradan verilən bəyanatlarla da tanışsınız. Onlar Birləşmiş Ştatlar üçün münaqişənin həllinin nə dərəcədə vacib olduğunu göstərir.
İndi bizim diqqət yetirməli olduğumuz vacib məsələ tərəflərin atəşkəs rejiminə ciddi əməl etməsidir. Tərəflərin Minsk qrupu həmsədrləri ilə birgə irəliyə doğru yolun tapılması və hərtərəfli nizamlanma və həllin əldə olunmasına çalışmalarıdır. Bu ölkədə olduğum müddətdə məcburi köçkünlərlə görüşlərimdən gəldiyim qənaət və əldə etdiyim biliklər bundan ibarətdir ki, bu münaqişənin çox böyük insani zərbəsi də vardır. Çox vacib bir məsələ var. Biz, son döyüşlərdə həyatını itirən insanlarla bağlı tərəflərə, onların ailələrinə, yaxınlarına baş sağlığı vermişik. Amma, bu məsələnin problemi yaşan insanlarla bağlı ağırlığı qalır. Çox vacibdir ki, tərəflər bir araya gəlsinlər, irəliyə doğru yol tapsınlar. Minsk qrupunun həmsədrlərinin vəzifəsi və tapşırığı məhz bu işə kömək etməkdir. Səfir Uorlik prezident Əliyevin və prezident Sarkisyanın atəşkəs rejiminə sadiq olduqları fikrini qeyd edərkən hər iki prezidentin, hər iki tərəfin bu istiqamətdə addım atmasının vacibliyini də vurğulamışdı.
Amerikanın Səsi: Danışıqlarda hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarının həbsdən azad edilməsi alqışlanıb, Azərbaycan bu istiqamətdə inkişafa çağırılıb. Bu istiqamətdə danışıqlar mövcuddurmu və ya perspektivdə nə gözləmək olar?
Bəli, biz Azərbaycanın bu istiqamətdə atdığı addımları təqdir edirik və düşünürük ki bu addimlar davam olunmalıdır.
Robert Sekuta: Bu mən ölkəyə gələndən Azərbaycan hökuməti ilə apardığım danışıqların mövzularından biridir. Eyni zamanda bu, Vaşinqtonda ən yüksək səviyyədə müzakirələr mövzusu olub. Bəli, biz Azərbaycanın bu istiqamətdə atdığı addımları təqdir edirik və düşünürük ki bu addimlar davam olunmalıdır. Onu da bildirmək istəyirəm ki, ABŞ-da daxil olmaqla, demokratiya bir prosesdir. Bu proses bəzən hansısa bir ölkənin və ya tərəfin nə etdiyini nəzərdən keçirməsi və həyata keçirdiyi fəaliyyəti necə və daha yaxşı fərqli şəkildə etməsi barədə düşünməsindən ibarətdir. Biz Azərbaycanla bu sahədə işimizi davam etdirəcəyik və bu məsələ Azərbaycanın sabitliyi baxımından vacibdir. Bildiyiniz kimi Azərbaycan mürəkkəb bir yerdə, mövqedə yerləşir. Bunu nəzərə alaraq, biz həm Azərbaycan hökuməti və azərbaycanlılarla işləyərək Azərbaycanın güclü, çiçəklənən, sabit ölkə olması və bu mürəkkəb bölgədə azərbaycanlıların görmək istədiyi bir ölkə, bir dövlətin qurulması üçün zəruri addımların atılmasında öz köməyimizi göstərəcəyik.
***
Robert Cekuta: Azerbaijani President's Visit to America is an Important Turning Point
VOA: First, I’d like to thank you for this interview.
Ambassador Cekuta: No, I appreciate it. I appreciate the chance to talk to you because President Aliyev had a very good trip to the United States a couple of weeks ago and I think it’s important to be able to talk a little bit about that.
As you know, it was a trip that both sides worked hard to make happen, and from our point of view, it was a very positive visit. It was a successful visit.
Just to review a little bit, obviously our two Presidents met in the course of the Nuclear Security Summit, but it was also important because President Aliyev had other meetings with the top levels of the United States government; in particular with the Vice President, Secretary of State, and Secretary of Commerce. And as you saw, in those meetings all aspects of our relationship were discussed.
Obviously, we discussed questions of nuclear security - and we very much appreciated Azerbaijan’s ratification of the Amendment to the Convention on the Physical Protection of Nuclear Material, which was an important step as well. We also discussed counter-terrorism, the overall security situation in this region and how it’s developing. We talked about the economics, and in their remarks the Secretary and the Vice President mentioned the Southern Gas Corridor, but we also talked about steps Azerbaijan is taking to diversify and strengthen its economy.
There was discussion about bringing investment to Azerbaijan, and the “soft infrastructure” that’s needed to attract investments and grow the economy. But I think one thing gets lost for many Azerbaijanis, is that for parts of the United States the rise and fall of oil prices also has a very direct impact. We can share some of that experience, and we can also learn from Azerbaijan, because with economics it’s a two-way street. What each country goes through, other countries learn from. That was an important part of the discussions that we had in Washington.
We discussed human rights, democracy, and rule of law in the context of economic development. And the point was also made by the Secretary and by the Vice President of welcoming and recognizing the steps that Azerbaijan has been taking and that we hope for further steps in this direction, this positive direction.
In summation, this is not an end point. This is a mile post. This is a sign of both countries working together, having made progress, looking for further progress, and looking to work together to move ahead, to deal with a number of issues that affect both our countries and have important regional implications.
In terms of that sense of further progress, it’s worth noting yesterday’s meeting that President Aliyev had with the American Chamber of Commerce to talk through issues that affect U.S. businesses here, and more generally the Azerbaijani economy. Our joint effort to diversify and strengthen and grow Azerbaijan’s economy is a sign that we are continuing down this road together. It’s a very positive sign of the relations between our two countries.
VOA: First of all, I would like to get your impressions on yesterday’s meeting at AmCham, the President with AmCham. From your point of view, what were the key points of the meeting?
Ambassador Cekuta: I was probably the least important person in the room yesterday. It was President Aliyev, the President’s Assistant on Economic Reforms Natig Amirov, and the business people in AmCham who the real actors in the meeting.
But I would just say as an observer, I think President Aliyev shared his view of how the economic situation is affecting Azerbaijan, and the recognition that while oil and gas are important, the country can’t stay dependent on them. The Azerbaijani economy needs to move away from a dependence on oil and gas production.
He spoke about particular areas of focus in the economy where he sees the need for growth, those which the government has identified as areas for growth -- agriculture and high-tech, Azerbaijan as a tourist destination, the growth of the tourist industry here; but also Azerbaijan as a transit hub, as part of the Silk Road. It’s this idea of this part of the world being a nexus for the transport of goods, services, and people -- north, south, east, and west -- and the added value that can come from being a transportation hub. And he talked too, about the “soft infrastructure”, the rule of law, reforms to the customs and tax system, addressing the problem of corruption, and addressing the need for greater transparency. The members of the Board of Directors of the American Chamber of Commerce also made points along these same lines, sharing what companies are doing here, which issues are important to increasing the opportunities for entrepreneurship and for increasing the growth of jobs in this environment. One of the key points was that small, medium-sized companies are really huge employers in the economy.
One point I made was to highlight what the United States has been able to do directly, through USAID, in terms of encouraging entrepreneurial growth and in helping women and youth in particular understand how they can create companies, how they can help the economy grow. There is also the work we’re doing to help Azerbaijan become the transportation hub it seeks to be and needs to be. I saw a desire on both sides to continue this kind of exchange, and I think both sides found it extremely useful. That’s something very much to be welcomed.
VOA: At the meeting with the President you stated that the United States of America wants to help Azerbaijan to become a strong, prosperous and stable country. So my question is, in order, first of all, we know that without macroeconomics, without macro finance, without democracy and human rights, we cannot talk about stability. So in order to ensure stability, what kind of reforms, what kind of steps are necessary?
Ambassador Cekuta: This is something which we’ve spoken with the government about throughout my time here. It’s been a constant theme in the exchanges between the U.S. government and the Azerbaijan government. Our goal has been to have a strong, positive relationship with Azerbaijan, and to see Azerbaijan be a strong, prosperous, democratic country. We want Azerbaijanis to realize their own vision for their country. In that regard, the United States has provided over $1.3 billion of assistance to Azerbaijan since 1992, and that assistance has evolved over the years as Azerbaijan has evolved. Moving forward, we will continue to engage in various areas – supporting the country’s security situation, helping it in terms of economic growth, helping in terms of strengthening rule of law, and others.
VOA: A question arose in my mind. At one of the previous Davos forum’s the idea was to join classical industry and new technology to bring about new industrial revolution. So in that light, Azerbaijan is planning to establish industry parks. Is United States interested in making investments or helping with the equipment and machinery?
Ambassador Cekuta: This is something which I’ve been looking at closely as I’ve been out around the country – in Sumgayit, for example. But the question really is not whether the U.S. is interested, but whether U.S. industries, U.S. companies are interested. This is one of the things I’ve discussed with the government in recent months. How does Azerbaijan position itself? How does it compete in a very tough international market? Governments around the world are looking to get foreign investment. The United States are looking to get foreign investment. And an important point in talking about foreign investment is keeping up domestic investment.
Companies will evaluate Azerbaijan in terms of other markets. How big is the domestic market? They will look at the talent, the training, and the education of the labor pool, the availability of labor. They will look at taxes. They will look at the court system and ask, “If I enter into a contract will that contract be observed?”, “If there are problems can I expect that those problems can be addressed within the court system?” And all countries are competing with each other.
But in answer to your first question, yes – there are American companies who could be interested in investing here and doing business here. On the second part of your question, there are also American companies with equipment, with services, with know-how that I think could be attractive partners for Azerbaijan and could help Azerbaijanis to realize their vision for their country’s economic future. That’s one of the things this embassy is working on, bringing Azerbaijan and U.S. companies together.
VOA: As a continuation of the previous question, the latest reforms carried out, conducted in the country, are they enough to attract U.S. investments? And what kind of reforms need to be taken to attract that investment particularly in the court system, democracy, human rights, customs and others? What kind of reforms must be carried out in order to ensure U.S. investment?
Ambassador Cekuta: I think it’s a process. It’s going to move forward just as our relationship will move forward. We’re looking at mile posts along the road. That is something that was discussed with Secretary Pritzker, between her and President Aliyev. But it’s also something that’s going to be the subject of a “white paper” which the American Chamber of Commerce in Azerbaijan is in the final stages of pulling together. So I would probably wait until that comes out as it will give you a much more authoritative answer to your question.
VOA: The next question is about commerce and trade. I know that these issues were discussed during Azerbaijan President’s visit to United States. So what kind of development and improvements must be made in order to see development in that area of the bilateral relationship? You mentioned the white paper, so what kind of elements, will that include? And what kind of package of proposals is the white paper going to put forward?
When I’ve been in the United States and visit stores, I never see a single Azerbaijani product, but a former U.S. Ambassador, Mr. Morningstar, mentioned that he had never tasted better fruits, that Azerbaijani fruits are delicious.
Ambassador Cekuta: First of all, I think the key part of your answer really is going to be in the white paper from the Chamber. But going back to the specific question about agriculture products, geography is a factor, transportation cost is a factor, and marketing and packaging are factors. When I met Ambassador Suleymanov, before I came out here, we talked about the idea of getting Azerbaijani agricultural products sold in sold in the U.S. The truth is, there may be may be better markets for Azerbaijani products closer by. The U.S. is a huge producer of agricultural goods. On the other hand, I’ve noted that there are certain products available here that I don’t see in the United States, so it may be up to Azerbaijan to find that market, find a niche in the United States.
VOA: So what kind of assistance, aid, can the United States provide to Azerbaijan with regarding the processing industry, processing facilities and small businesses?
Ambassador Cekuta: There are a couple of things we are already doing. For example, we have programs that work with Azerbaijanis on hazelnut production. I would like to get out and see what we could do with apples, because I have a personal interest in that from our farm in Maine. We can also look at other things on the agribusiness side.
Another important thing we’re doing is bringing expertise from our Commerce Department through the Commercial Law Development Program which deals with these questions of the legal and regulatory frameworks that are needed for businesses to thrive. As I’ve mentioned, we also have programs for encouraging entrepreneurship, and especially to encourage women entrepreneurs and young people to get involved.
It’s hard to predict where the next big area of growth will come from. If you had asked me 20 years ago, we were talking about miniaturization of personal audio equipment, like tape recorders, but today it’s software. I never would have thought of that, but somebody did. I’m convinced there’s some Azerbaijani out there who’s got a bright idea. Given the chance to develop that idea, it could be transformative and develop entire industries, or it could be smaller changes – but those changes would still represent steps forward, and will still produce economic growth and new jobs.
VOA: Getting into questions with regard to the security...
Azerbaijani President Ilham Aliyev visited the United States at the invitation of President Obama to attend the Nuclear Security Summit held in Washington. Is the current level of U.S.-Azerbaijan relations in the area of nuclear security satisfactory? And are there new projects at a bilateral level in this area?
Ambassador Cekuta: I don’t think it’s widely known, but Azerbaijan took an important step with the ratification of an amendment to the Amendment to the Convention on the Physical Protection of Nuclear Material in the IAEA. President Aliyev called a special session of Parliament for the ratification and the documents were personally delivered by the Foreign Minister. Azerbaijan’s individual step was crucial to helping get enough countries on board to allow this amendment to come into force.
And one of the themes of the Summit was preventing terrorists from getting access to nuclear materials. That’s something that we need every country in the world to cooperate on, and Azerbaijan’s cooperation and support for the effort against terrorism are an important aspect of that.
VOA: On March 31st Vice President Biden highlighted the importance of comprehensive settlement of the Nagorno-Karabakh conflict through negotiations in terms of sustainability, security, and the development of the region.
Shortly after, on April 2nd, a bloody escalation, erupted in Nagorno-Karabakh and that fighting, ended up with signing of ceasefire following a telephone call from Russian President to both the Presidents of Azerbaijan and Armenia.
I would like to get your view of this situation. Why did we see this chain of events, and how do you see the future of resolution of the conflict?
Ambassador Cekuta: I know Ambassador Warlick discussed this when he was here last week, and I would say a couple of things.
First of all, the United States has long talked about a broad vision of a Europe whole, free and at peace. If that’s our goal then we have to be looking at the full range of issues. We can’t have that Europe whole, free and at peace when there are tears in the fabric.
I’ve known Ambassador Warlick for a long time and I’ve worked with him closely and have seen that he has worked very hard to try to move this issue forward as one of the Minsk Group co-chairs, to help find that comprehensive settlement. And you saw the statements out of the meetings during the Summit in Washington and you’ve seen the subsequent statements about the situation that highlight the importance the United States places on finding a resolution of the conflict.
Right now the important thing is that both sides scrupulously, strictly adhere to the ceasefire and work with the Minsk Group, with the co-chairs, to find a way forward to a comprehensive settlement.
One thing that has hit home for me in my discussions over the past year, in meetings with IDPs and others, is the tremendous human cost of this conflict. So I very much think it’s important for all the sides to recognize that as well. We express our condolences to those who died, and their families, in the recent fighting. That cost makes it all the more important for the sides to come together and find a way forward. What the Minsk Group is about, what the co-chairs are doing, is to try to facilitate that. Ambassador Warlick when he was here last week noted the commitment by President Aliyev and President Sargsyan to the ceasefire. We need to see that, and we need to be seeing further steps along those lines.
VOA: I cannot go without touching on an issue came up during the discussions, in Washington, the statements welcoming the recent release of the human right defenders and others, and calling for further steps and improvement in this area.
So what is the current status in this area and what can we expect moving forward?
Ambassador Cekuta: Again, this is an area we have discussed with the Azerbaijani government since I got here. I know my predecessors did as well. It was a subject of discussion in Washington at the top levels. We do welcome the steps that have been taken and know other steps remain to be taken.
Democracy is a process. The same is true in the United States. It’s a matter of always looking at what you’re doing and thinking about whether you can do something better, do something different. We continue to work with Azerbaijan on this. It is important for Azerbaijan’s stability. Azerbaijan is a country that’s in a difficult neighborhood, something which we constantly note. So what we want to do is work with Azerbaijan and with Azerbaijanis to take all the steps they can to enable them to be strong and prosperous and have the country they want to have, even in this very tough neighborhood.