Accessibility links

Robot heyvan MiRo [Video]


Robot heyvan MiRo
please wait
Embed

No media source currently available

0:00 0:02:08 0:00

Ev heyvanı yaşlı və əngəlli insanlara təskinlik verir və onlara yoldaş olur. Amma gələcəkdə bu heyvanlar süni intellekt vasitəsilə insanlarla ünsiyyət qura bilən robotlara çevrilə bilər. Sevimli androidlər düzəldən britaniyalı şirkət bu robot heyvanın insanları emosional dəstəklə təmin edəcəyini və onlarla ünsiyyət quracağını deyir.

Süni intellekt bir sıra yeniliklər irəli sürür. Əgər MiRo adi heyvan olsaydı, emosional baxımdan onunla heyvan səviyyəsində ünsiyyət qura biləcəkdik. Amma MiRonunun süni intellekti və düşünə bilən bir beyni olduğu üçün, o, heyvanların edə bilmədiklərini edir
Ludviq Reş

Bu sevimli heyvan adi deyil. Onun adı MiRodur və o, insanlara yoldaş olmaq üçün düzəldilən robotdur. Onun yaradıcısı Consequential Robotics, robotun xüsüsilə də yaşlılar və əngəllilər üçün faydalı olacağını düşünür.

“Gördüyünüz kimi, o, nə itə, nə qoyuna, nə də ki, inəyə oxşayır. O, hibriddir. Onun yoldaş olmaq xüsusiyyəti var. Bu isə o deməkdir ki, yanında olanda sən ondan səni anlayan bir insanın bəxş etdiyi isti və yumşaq hissləri alrısan. MiRo, yalnız, eləcə də autizmi və öyrənmə əngəli olan insanlara yardım edə bilər”, deyə Maria Favre bildirir.

MiRoya sensorlar yerləşdirilib. Onun başı və ya arxası sığallananda o, quyruğunu sallayır. Burnundakı hidrolokator sensor yerini müəyyən edir, gözlərinə yerləşdirilən stereo kameralar isə insanları müəyyən edib, onları təqib edə bilir.

Süni intellekt sayəsində MiRo adi heyvanlardan ağıllıdır.

“Süni intellekt bir sıra yeniliklər irəli sürür. Əgər MiRo adi heyvan olsaydı, emosional baxımdan onunla heyvan səviyyəsində ünsiyyət qura biləcəkdik. Amma MiRonunun süni intellekti və düşünə bilən bir beyni olduğu üçün, o, heyvanların edə bilmədiklərini edir”, Ludviq Reş deyir.

Robotların üstünlüyü ondan ibarətdir ki, onlar yorulmur, qıcıqlanmır, özlərinə qarşı qayğı və diqqət tələb etmir və istədiyiniz an sizin ixtiyarınızad olur. Bu isə çox maraqlı bir yanaşmadır
Mervin Kohler

Məsələn, buna telefonla zəng çalmaq, qapını döyən insanları tanımaq və gündəlik planlarını xatırladmaq daxildir.

Britaniyanın yaşlılara yardım edən ən böyük xeyriyyə təşkilatı Age UK-dən Mervin Kohler deyir ki, MiRo kimi robot heyvanlar insanlara faydalı olsalar da, onlar hər kəs üçün nəzərdə tutulmayıb.

“Robotların üstünlüyü ondan ibarətdir ki, onlar yorulmur, qıcıqlanmır, özlərinə qarşı qayğı və diqqət tələb etmir və istədiyiniz an sizin ixtiyarınızad olur. Bu isə çox maraqlı bir yanaşmadır,” deyə Kohler bildirir.

MiRo insanlara təskinlik versə də, nəvazişkar, sevgi dolu bir insanın qayğısını əvəzləyə bilməz.

XS
SM
MD
LG