Accessibility links

Robotlar inkişaf etməkdə olan ölkələrdəki işçilərin əksəriyyətini əvəzləyəcək [Video]


Robotlar inkişaf etməkdə olan ölkələrdəki işçilərin əksəriyyətini əvəzləyəcək
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Robotlar inkişaf etməkdə olan ölkələrdəki işçilərin əksəriyyətini əvəzləyəcək

Dünya Bankı bütün dünyada baş verən sürətli dəyişikliklərin qlobal iqtisadiyyata təsirləri ilə bağlı xəbərdarlıq edir. Əsas məsələ texnoloji inkişafın, xüsusilə də inkişaf etməkdə olan ölkələrdəki iş yerlərinə təsiridir.

Bir zamanlar elmi-fantastikanın bir parçası olan robotlar artıq dünya boyu bir çox işçinin iqtisadi reallığına çevrilib. Dünya Bankının prezidenti Cim Yonq Kim deyir ki, robotların insanların gördüyü işləri daha sürətli, daha yaxşı və ucuz görə bilməsi işçilərə baha başa gəlir.

Texnoloji irəliləyişlər vəziyyəti dəyişir. Biz hazırda inkişaf etməkdə olan ölkələrdə mövcud iş yerlərinin üçdə ikisinin avtomatlaşdırma nəticəsində yox olacağını təxmin edirik.
Cim Yonq Kim

“Texnoloji irəliləyişlər vəziyyəti dəyişir. Biz hazırda inkişaf etməkdə olan ölkələrdə mövcud iş yerlərinin üçdə ikisinin avtomatlaşdırma nəticəsində yox olacağını təxmin edirik”, deyə o bildirir.

Bu, inkişaf etməkdə olan ölkələrdə paltardan tutmuş smartfonlara kimi bir çox istehlak mallarının istehsalı sahəsində azmaaşlı işlərdə çalışan milyonlarla işçinin işlərini itirməsi deməkdir. İş yerlərinin itirilməsinin isə daha böyük nəticələri ola bilər. Buna həmin işçilərin kütləvi miqrasiyası daxildir. Qloal Biznes Araşdırma mərkəzi Conference Board-dan Dayan Lim deyir ki, bu həm bəziləri üçün yeni imkanlar yarada həm də münaqişələrə səbəb ola bilər.

“Bəzi ölkələr bu işçi qüvvəsindən istifadə edərək kapital əldə edəcək, ona görə də, bu insanlara qapılarını açacaqlar. Digər ölklər isə onları qəbul etməyəcək. Yəni bunun qlobal iqtisadiyyata təsiri olacaq”, o deyir.

Dünya Bankı İkinci Dünya Müharibəsindən bəri baş verən ən böyük qaçqın böhranı da daxil olmaqla dünyada baş verən bir çox ciddi böhranı nəzərə alaraq, bunun vacib məsəslə olduğunu bildirir.

Lim deyir ki, avtomatlaşdırma insan əməyini dəyişəcək.

Dayan Lim: “Robotlarlar bəzi işləri əvəzləyə bilməsi, onların bütün işləri əvəzləyəcəyi demək deyil. Robotlardan sonra işçilərə tələb istehsal sənayesi əvəzinə xidmət sənayesində artacaq”.

Dünya Bankı avtomatlaşdırmanın iş yerlərini hansı sürətlə azaldacağını müəyyən olmadığını deyir. Kim isə artıq buna qarşı bir addım atmağın vaxtının gəlib çatdığını iddia edir.

“Biz hər bir ölkəni nəzərə alaraq, indidən özümünü gələcəyin iqtisadiyyatına hazırlaşdırmalıyıq”, o deyir.

Avtomatlaşdırmanın ABŞ-da da təsirləri olub. Bir neçə araşdırma nəticələri 2000-ci illə 2010-cu il arasında istehsal işlərinin itirilməsinə ticarətin deyil, məhz avtomatlaşdırmanın səbəb olduğunu göstərir.

XS
SM
MD
LG