Accessibility links

Patrul robotlar cinayətlərin qarşısını alacaq [Video]


Patrul robotlar
please wait
Embed

No media source currently available

0:00 0:02:23 0:00

Yaxın gələcəkdə ticarət mərkəzləri, stadionlar və universitet şəhərciklərində cinayətlə mübarizədə yeni alətdən istifadə ediləcək. Knightscope şirkətinin istehsal etdiyi robotlar proqnozlaşdıra və cinayətin qarşısını ala biləcək. Bununla da robot patrullar olan yerlərdə cinayətin iki dəfə azalacağı gözlənilir.

Nə vaxtsa fantastika sayılan şey indi reallığa yaxındır. Bu patrul robotlar dünyanı dəyiçəcək. Knightscope şirkətindən Villiam Santana Li: “Bizim planetdə 7 milyard insan yaşayır və yaxın zamanda bu rəqəm 9 milyarda çatacaq. Buna görə də dünya boyu hazırkı təhlükəsizlik və hüquq-mühafizə aparatlarında çatışmazlıq olacaq.”

Santana Li deyir ki, onun şirkətinin istehsal etdiyi təchizatlar hüquq-mühafizə orqanlarının gözü və qulağı olacaq. O, robotun Los-Anceles küçələrində nəyi gördüklərindən danışır. “Bu. Knightscope-un Silikon Vadisinin baş qərargahındakı ikinci aparatın görüntüləridir.”

“Siz həm apparat, həm də insan olmasını istəyirsiniz. Qoyun hesablama, bəzən də təhlükəli işləri aparatlar görsün. İnsanlar isə strateji qərarlar versin.” deyə, Santana Li bildirir.

Bir metr yarım hündürlüyü, 136 kq çəkisi olan bu apparat, xüsusi perimetrlərlə sərbəst hərəkət edə bilir. Onlar silah gəzdirmir. Lakin onlarda 360 dərəcəli gecə və gündüz video kameralar var. Bu robotlar bioloji və kimyəvi silahları da aşkar edə bilir.

Santana Li deyir ki, bu robotların haradasa görünməsi belə cinayətkarı əməlindən yayındıra biləcək.

Lakin qanun üzrə professor Yevgeniy Volox xəbərdarlıq edir ki, bu robotlardan düzgün istifadə edilməlidir. “Əgər bu robot yalnız polisin gedə bildiyi yerlərə gedəcəksə onda özəl hüquqların pozuntusu problem olmayacaq.”

Santana Li deyir ki, bu robotları yaxın zamanda bir çox tələbə şəhərciyində, ticarət mərkəzlərində və stadionlarda görmək olacaq. O, Birləşmiş Ştatlarda və digər ölkələrdə bu robotları gözləyənlərin siyahısının uzun olduğunu deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG