Accessibility links

Bakıda Robot Olimpiadası keçirilir


Oktyabrın 6-da Bakı İdman Sarayında II Robot Olimpiadası keçirilir. Olimpiada Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən təşkil edilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edən Olimpiadada 20 təhsil müəssisəsindən 54 komanda yarışır. Yarışlar 4 kateqoriya üzrə keçirilir və yekunda qalib komandalar noyabrın 16-18-də Tailandda keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanacaq.

Dünyanın ən böyük robototexnika yarışı olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il fərqli mövzular üzrə müxtəlif ölkələrdə keçirilir.

Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib.

XS
SM
MD
LG