Accessibility links

Robotlaşdırılmış ferma ucuz yerli məhsul vəd edir


Robotlaşdırılmış ferma ucuz yerli məhsul vəd edir
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Robotlaşdırılmış ferma ucuz yerli məhsul vəd edir

Bu ABŞ fermasındakı tendensiya ən sonunculardandır. Amerikalılar təzə, təbii, orqanik məhsul axtarışındadırlar. Onlar bu məhsulların evlərində olması üçün onlara istənilən məbləği verməyə razıdırlar. Lakin şəhərdə yaşayanların qonşuluğunda ferma yoxdur. İron Ox şirkəti bunu robotların köməyi ilə dəyişmək fikrindədir.

Bu, Kaliforniyadakı İron Ox şirkətində fermerdir.

Robot əllər bu yaşıllıqlara süni intellektin köməyi ilə nəzarət edir və onların qulluq edilib, böyüməsinə kömək edir.

İron Ox şirkətindən Brandon Aleksander: "İron Ox şirkətində biz ilk robot ferma yaratmışıq. Biz robotlar və süni intellektdən daha yaxşı və hamı üçün əlçatan olan məhsul yetişdirmək üçün istifadə edirik."

Bu, Arqusdur. Arqus bitkilərin yerinin dəyişdirilməsi və hər bir bitkiyə kifayət qədər yer olmasına görə məsuliyyət daşıyır.

İron Ox şirkətindən Brandon Aleksander: "Bizim Angus adlı mobil robotumuz var. O bizim təsərrüfatımızı avtonom olaraq idarə edir. Bu hidrofonik inkişaf modullarından birini götürərək, bu robotlaşdırılmış qola gətirir. Sonra robot qol “kompüter görmə” kimi qabiliyyətindən istifadə edir və bununla hər şeyi 3D ölçüsündə görə bilir. Beləliklə, o modula baxır, bitkilərin harada olduğunu bilir və nə tapşırılıbsa onu yerinə yetirir."

Bu həqiqətən çox sadə plandır. Onlar çoxlu sayda bitki əkirlər və onlar böyüdükdən sonra onlara daha geniş yer lazım olur. Məhz bu zaman robot sisteminə ehtiyac yaranır.

İron Ox şirkətindən Brandon Aleksander: "Kahı və göyərtiləri bacardığımız qədər yaxın əkirik. Lakin böyüdükdən sonra onlara daha geniş yer lazım olur. Biz onları ayıraraq yerlərini dəyişirik. Digər fermalar da bunu edir, lakin bu, səliqə tələb edən və təkrar görülməli bir işdir. Bizim robotlar isə bunu hər günbütün gün edirlər."

Nəticədə şəhər ətrafında bir fermanın yaradılması mümkündür və Iron Ox bu layihəni bütün ABŞ üzrə genişləndirməyi planlaşdırır.

İron Ox şirkətindən Adrian Canoso: "Hal-hazırda biz məhsulları yerli restoranlara satmaq, yerli icmaya xidmət etmək və məhsulun bir hissəsini yerli ərzaq banklarına hədiyyə etməklə məşğuluq. Biznesin genişlənməsindən sonra isə biz ölkə boyu buna başlamaq və hər bir böyük şəhərin ətrafında yerli və yüksək keyfiyyətli məhsullar yetişdirən fermer təsərrüfatları yaratmaq niyyətindəyik."

Buna oxşar layihələr sınaqdan keçirilsə də, işə başlanmayıb. Lakin Iron Ox bu kimi başlanğıcların uğurlu ola biləcəyini sübut etmək niyyətindədir.

XS
SM
MD
LG