Accessibility links

Robotlar insanların yerini tutur [Video]


Robotlar insanların yerini tutur
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Bu yaxınlarda aparılan tədqiqat nəticələri göstərir ki, təxminən 15 il sonra, insanların gördüyü işlərin 38 faizini robotlar edəcək. Ötən həftə Parisdə robot ekspo sərgisində iştirak edən ekspertlər deyib ki, insanlar köklü sosial dəyişiklərdən qaçınmaq istəyirlərdə yeni reallığa hazır olmalıdırlar.

Artıq bir çox maşın zavodunda robotlardan istifadə edilir. Onlar hər gün yorulmadan, bezmədən maşınlar üzərində eyni qaynaq işlərini görür.

Hazırda bəzi şeylər dəyişdiyi üçün narahatlıq mövcuddur. Ona görə də, çox vacibdir ki, insanlar gələcəyi fərqli görsün, çünki əgər gələcəyi fərqli təsəvvür edə bilsək, indidən artıq bəzi dəyişikliklər edə bilərik.
Natali Nevehans

Bu robotlar sadəcə bir işi yerinə yetirməyə proqramlaşdırılıblar.

Lakin bazara daxil olan yeni nəsil robotlar daha çox bacarıqlara sahibdirlər, ona görə də, rahat bir şəkilə bir işdən başqa işə keçid edə bilirlər.

Robotlar həm də insanlara yaxın olanda necə hərəkət etməli olduqalarını öyrənirlər.

“Sistem insanların harada olduğunu müəyyən edə və həm də robotun trayektoriyasını planlaşdıra bilir ki, o, insanlardan yan keçib, onlara dəymədən işini davam edə bilsin”, deyə Technalia şirkətindən Damien Salle bildirir.

Bəzi robotların ətrafında baş verənləri görüb, eşidib, onları lentə ala bilməsi isə bir sıra narahatlıqlara səbəb olub.

“Məsələn, insan işçi davamlı olaraq lentə alındığını və səsinin yazıldığını bilmədən hərəkət edə bilər və daha sonra bu görüntülər və səs qeydləri üçüncü şəxsin əlinə keçə bilər. Bu səbəbdən də robotlardan etik qaydalar çərçivəsində istifadə etmək son dərəcə vacibdir”, Samrt Robotsdan Roberto Rossi deyir.

Sənaye və nəqliyyat sahəsində və ya yanğınsöndürən ya da baxıcı qismində işləmələrindən asılı olmayaraq, robotlar hər zaman insanları anlamalıdır.

Amma insanlar da bu dəyişikliyin qaçılmaz olduğunu qəbul etməlidir.

Hüquq üzrə məruzəçi və müəllif Natali Nevehans: “Hazırda bəzi şeylər dəyişdiyi üçün narahatlıq mövcuddur. Ona görə də, çox vacibdir ki, insanlar gələcəyi fərqli görsün, çünki əgər gələcəyi fərqli təsəvvür edə bilsək, indidən artıq bəzi dəyişikliklər edə bilərik”.

Ekspertlər deyir ki, avtomatlaşdırma ən çox az bacarıq tələb edən işlərə təsir göstərəcək və bu təsiri yumşaltmağın yeganə yolu bu dəyişikliyə uyğunlaşıb, yeni bacarıqlar əldə etməkdir.

XS
SM
MD
LG