Accessibility links

Robotlar və dayə çatışmazlığı səbəbilə qadınlar kişilərdən geri qalır


Robotlar və dayə çatışmazlığı səbəbilə qadınlar kişilərdən geri qalır
please wait

No media source currently available

0:00 0:01:43 0:00

Çərşənbə axşamı açıqlanan qlobal hesabata əsasən, qadınlar kişilərlə eyni maaşı almaq və eyni iş imkanlarına sahib ola bilmək üçün 202 il gözləməlidirlər. Hesabatda bildirilir ki, robotlarının sayının artması və dayə xidmətlərinin çatışmazlığı səbəbilə bir çox qadın işləmir.

Dünya İqtisadi Forumu bildirib ki, qadınlar kişilərin yarısı qədər pul qazanır. Forum 2018-ci ildə kişilərlə qadınlar arasında gəlir fərqinin 51 faiz olduğunu bildirib.

Hesabatın həmmüəllifi və Dünya İqtisadi Forumunun Yeni İqtisadiyyat və Cəmiyyət Mərkəzinin başçısı Saadia Zahidi deyir ki, qadın və kişilərin eyni iş üçün eyni maaş almalarına hələ çox var.

Hər il 149 ölkəni gender bərbərsizliyinə görə dəyərləndirən indeksdə verilən məlumata görə, bu il kişilərlə müqayisədə daha az qadın işləyir. Buna səbəb uşaqlar üçün dayə xidmətlərinin çatışmazlığı olub və buna görə də, qadınlar ya işdən çıxmaq məcburiyyətində qalıb, ya da onların vəzifələrində heç bir irəliləyiş olmayıb.

Hesabatda bildirilir ki, yüksək vəzifələrdə daha az qadın işləyir və menecer vəzifələrinin yalnız üçdə birində qadınlar çalışır.

Bundan əlavə bu il yalnız 17 ölkə rəhbəri qadın olub, nazir vəzifələrinin 18 faizini qadınlar yerinə yetirib, parlamentdəki yerlərin isə 24 faizini qadınlar doldurub.

​Zahidi xəbərdarlıq edir ki, robot və süni zəka kimi texnologiyalar da administrasiya, müştəri xidməti və telemarketinq kimi ənənəvi olaraq qadınların yerinə yetirdiyi işləri ələ keçirir.

Dünya İqtisadi Forumunun hesabatında qeyd edilib ki, dünya boyu süni zəka sahəsində çalışan insanların yalnız 22 faizi qadındır.

2017-ci ildə Brukinqs İnstitutunun yaydığı araşdırmanın nəticələrinə əsasən, 2020-ci ildə təkcə ABŞ-da 545 iş yerindən 517-də rəqəmsal alətlərdən istifadə artıb, xüsusilə də bir çox az-bacarıq tələb edən işlərdə.

Ekspertlər deyir ki, texnologiya inkişaf etdikcə, zəif digital bacarıqları olan qadın və qızlar iş tapmaqda çətinlik çəkəcək.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG