Accessibility links

Gəminin batması nəticəsində onlarla Rohinca qaçqını itkin düşüb, 15 nəfər ölüb


Banqladeş Sahil Mühafizə Xidməti çərşənbə axşamı Benqal körfəzində təxminən 130 nəfəri daşıyan Malayziyaya gedən gəminin batması nəticəsində onlarla Rohinca qaçqınının itkin düşdüyünü və 15 nəfərin öldüyünü bildirib.

Sahil Mühafizə Xidmətinin rəsmisi Həmidül İslamın dediyinə görə, çərşənbə axşamı səhər saatlarında Banqladeşdəki Cox's Bazar kurort şəhərciyinin yaxınlığındakı düşərgələrdən Malayziyaya yola düşən qaçqınlarla dolu gəmidən 73 nəfər xilas edilib.

"Bu, qeyri-insanidir. Gəminin tutumu 50 nəfər olduğu halda, orada təxminən 130 nəfər olub" - deyə, o bildirib.

Sağ qalanlardan bəziləri təxminən eyni sayda sərnişin daşıyan ikinci bir gəminin eyni zamanda yola düşdüyünü desə də, sahil mühafizəçiləri indiyə qədər ikinci gəmini tapa bilməyib.

Banqladeşin iki hərbi dəniz gəmisi və iki sahil mühafizə gəmisi cənub-şərq Sent Martin adası yaxınlığında birgə xilasetmə işlərinə cəlb edilib. Xilas edilənlər arasında 46 qadın, 24 kişi və 3 uşaq olub. Həmidül İslam ölənlərin qadın və uşaqlar olduğunu deyib.

Noyabr ayında Banqladeşin Sahil Mühafizə Xidməti Malayziyaya gedərkən mexaniki problem səbəbindən Benqal körfəzində batmağa başlayan gəmidən 122 Rohinca müsəlman qaçqını xilas edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG