Accessibility links

Myanma və Başqaledeş arasında yüz minlərlə Rohinca qaçqının geri qaytarılması barədə razılıq əldə edilib.

Reuters xəbər agentliyi Myamanın əmək naziri Myunt Kyainqa istinadən bildirib ki, qaçqınların Banqaldeşdən Myanmaya qaytarılması prosesinə hazırlıq görülür.

600 mindən artıq Rohinca müsəlmanı Baçqladeşdə sığınacaq tapıb.

Razılıq ABŞ dövlət katibi Reks Tillersonun zorakılılqları etnik tmizləmə adlandırmasından bir gün sonra əldə edilib.

ABŞ dövlət katibi Reks Tillerson Myanmanın de-facto lideri Aunq San Suu Kyi və hərbi liderlə Rohinca müsəlmanlarının qaçqın böhranını müzakirə etmək üçün Myanmaya səfər edib.

Aunq San Suu Ki ilə qısa mətbuat konfransında Tillerson deyib ki, müstəqil təhqiqat Banqladeşə pənah aparan Rohinca müsəlmanlarına qarşı törədilmiş zorakılığın səbəblərini müəyyən edə bilər.

Reks Tillerson
Reks Tillerson

“Ötən il seçilmiş hökumət hakimiyyətə gəldikdən sonra Rakin ştatında böhran Myanmanın üzləşdiyi ən ciddi məsələdir. Biz Myanma təhlükəsizlik qüvvələri və digər qrupların törətdiyi zorakılıqlar barədə mətbuatda geniş yayılmış xəbərlərdən çox narahatıq. Biz həmçinin, yüz minlərlə kişi, qadın və uşağın evlərindən didərgin düşməyə vadar edilmələrindən narahatıq” - deyə, Reks Tillerson bildirib.

Tillerson avqustda militant qrupun Myanmada polis məntəqəsinə hücumlarına cavab olaraq hərbi qüvvələri Rohincanın kəndlərində yanğınlar törətməkdə təqsirləndirilən ordu rəhbəri Min Aunq Hlainq-lə də görüşüb.

Aunq San Suu Kyi
Aunq San Suu Kyi

Böhrana reaksiya bildirməkdə ləngiməsinə görə Nobel mükafatı laureatı və demokratiya tərəfdarı olması ilə tanınan Aunq San Suu Kyi tənqidlərlə üzləşib.

Demokratiyaya həssas keçid zamanı hakimiyyəti hərbi qüvvələrlə bölüşməsinə görə Aunq San Suu Kyi bir çox Qərb dövlətləri tərəfindən tənqid edilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG