Accessibility links

BMT: Rohinca əhalisinin durumu fəlakətlidir


BMT Myanmanın müsəlman Rohinca əhalisinin durumunu fəlakətli adlandırıb. Qonşu Banqladeşə sığınan yüz minlərlə insan ərzaq, su və tibbi ləvazımat qıtlığı çəkir.

Keçən aydan bəri 400 minə qədər etnik Rohinca müsəlmanları ştatda baş qaldıran zorakılıq və irqçilik səbəbindən qonşu Banğladeşə qaçmağa məcbur olub.

Yardım qrupları çoxsayda qadın və uşağın xəstə olduğunu deyir.

Doktor Əbu Raşed Məhəmməd Nuruddin qaçqınların çoxunun tənəffüs infeksiyalarına yoluxduğunu bildirib. O, ishalın geniş yayılacağından ehtiyat edildiyini, lakin vəziyyətin bu sahədə ciddi olmadığını deyib.

Hava şəraiti də insanların durumunu ağırlaşdırır. Yağışlar insanlara humanitar yardım çatdırlması səylərinə mane olub.

BMT qaçqınlara havadan minlərlə çadır atsa da, onların döşəməsi yoxdur.

Çadırlarda nə su, nə sabun, nə də tualet var.

Myanmanın de-fakto lideri Aunq San Syu Kyi öz ölkəsinin Rakhayn ştatındakı böhrana dair mövqeyini müdafiə edib.

ABŞ Myanmadan qaçqın düşən Rohinca müsəlmanlarına 32 milyon dollar məbləğində humanitar yardım ayırıb.

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Tramp administrasiyasının Myanmaya göndərəcək yardım paketində su, dava-dərman, ərzaq, sığınacaq və digər ehtiyac duyulan ləvazımat yer alır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG