Accessibility links

Rohinca müsəlmanlarının körpələri aclıq çəkir


Rohinca müsəlmanlarının körpələri aclıq çəkir
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Rohinca müsəlmanlarının körpələri aclıq çəkir

Banqladeşdə Rohinca qaçqın düşərgələrində aclıqdan əziyyət çəkən uşaqlara yardım etmək üçün xüsusi addımlar atılır.

Bu körpənin çəkisi, boyu və qolunun ölçüsü yoxlanır. O, çox arıqdır. Banqladeşin cənubindakı Rohinca düşərgəsindəki qaçqınlardan 11 faizə qədəri aclıqdan əzab çəkən 5 yaşdan aşağı uşaqlardır.

Bu, çəkiləri həddən artıq az olan uşaqlar ölüm riski qarşısındadır. Qida çatışmazlığı və ya aclıq eləcə də uşaqların beynində inkişafa mənfi təsir edir. UNİCEF-dən Cozef Senesi: “Hamiləlik dövründən 2 yaşa qədər, yəni 1000 gün körpə kifayət qədər qidalanmırsa, bu onun beyin inkişafına mane olur və gələcəkdə onun təhsil və ya işindəkı potensialına mənfi təsir edir.”

2017-ci ildə hərbi kampaniyalar səbəbindən Myanmadan qonşu Banqladeşə 700 mindən çox Rohinca müsəlmanı qaçıb. BMT təhqiqatçıları baş verənləri “soyqırım niyyəti” adlandırsa da, Myanma bunu rədd edir.

Hazırda qaçqınlar humanitar yardımdan asılı olan düşəgələrdə yaşayır. Bu güşərgələrdə 85 qida mərkəzi var ki, onlardan biri də “Uşaqları qoruyun” təşkilatı tərəfindən yerləşdirilib. Aclıqdan əziyyət çəkən körpələri orada tərkibində zalal, vitaminlər və minerallar olan xüsusi qidalar verilir.

Bu 11 aylıq körpəyə üç həftə əvvəl kəskin qida çatışmazlığı diaqnozu qoyulmuşdu. Lakin hazırda onun vəziyyəti xeyli yaxşılaşıb. “İndi bizə qida ilə yadım edirlər və mənim oğlum daha sağlamdır” - deyə, körpənin anası bildirir.

Çadır düşərgələrində meyvə-tərəvəz köşkləri də var. lakin çoxları oradan al-ver edə bilmir, çünki ailədə işləyən adam yoxdur. Düşərgələrdəki ailələrə verilən yeganə düyü və mərciməkdən əlavə 5 yaşdan aşağı uşaqlar üçün pürelər də verilir. Lakin düzgün qidalanma üçün düyü və mərcimək kifayətdirmi? “Uşaqları qoruyun” təşkilatından Məhəmməd Ruhul Amin: “Xeyir, heç də belə deyil. Çünki bu yalnız uşaqlar üçün deyil, böyüklər üçün də balanslı pəhriz deyil. Uşaqlar xüsusilə müxtəlif yeməklər yeməlidir. lakin vəziyyət dəyişir.”

Düşərgələrdəki ailələrin təxminən üçdə bir hissəsinə meyvə və tərəvəz almaq üçün hər ay xüsusi elektron kartlar verilir. Dünya Ərzaq Təşkilatı ilin sonunadək belə kartların bütün ailələrə veriləcəyini və düşərgələrdə daha çox ərzaq köşkləri yerləşdiriləcəyini planlaşdırır.

Bu arada isə düşərgələrdəki Rohinca qaçqınlarının uşaqlarına sağlam yemək çatdırılması davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG