Accessibility links

Koronavirusdan xəbərsiz Rohinca qaçqınları


Koronavirusdan xəbərsiz Rohinca qaçqınları
please wait

No media source currently available

0:00 0:01:28 0:00

Cox’s Bazar bir milyona yaxın Rohinca qaçqınına ev sahibliyi edir. İnternetə çıxış olmadığı üçün bu insanlar koronavirusla bağlı məlumat ələdə edə bilmir, bir çoxları təhlükənin nə dərəcədə böyük olduğundan da xəbərsizdir. yerli rəsmilər hazırda onlara özlərini infeksiyadan qorunma yollarını öyrədir.

Dünyanın koronavirusla mübarizədə olduğu bir vaxt Rohinca qaçqınlarının düşərgəsində heç nə dəyişməyib.

Bir milyona yaxın bu insanlar məlumatları yalnız ağızdan-ağıza alır. Koronovaris kəlməsi düşərgə sakinləri arasında yavaş-yavaş yayılmağa başlayıb.

“Virusun adını xatırlamıram. Amma eşidirəm ki, dünyada insanlar ölür və əllərimizi təmiz saxlamalıyıq” - deyə, qaçaınlardan biri bildirib.

Rəsmi bəyanat və lazımi məlumat olmadığından insanlar yalnız şayiələrin ümidinə qalır.

“Eşitmişəm ki, virusa yoluxulduğunda əl-ayaqlar işləmir. Seliklə yoluxanların it kimi hürdüyünü eşitmişəm” , bir qadın bildirib.

Yerli səhiyyə ekspertləri deyir ki, karantinə görə düşərgə sakinləri çıxış və girişdən məhrumdur. Rəsmilər ziyarətçilərin də monotorinqini həyəta keçirir.

“Məlumatsızlıq yalan şayiələrin yayılmasına səbəb olur. Biz düşərgədəki təhsilli rohincalılar vasitəsi ilə xəbərdarlıq yayırıq” - deyə, doktor Saiful İslam bildirib.

“Burada təsdiq edilmiş hal müşahidə edilməyib. Lakin koronavirus digər ölkələrdən gələn miqrantlarla yayıla bilər. Lakin indiki halda rohincalıların virusa yolumasıı mümkün deyil” , doktor Mahbubur Rəhman deyib.

Yardım işçilərindən də insanların özlərini necə qoruya biləcəklərini öyrətmələri istənilib.

XS
SM
MD
LG