Accessibility links

Beynəlxalq Cinayət Məhkəməsi Rohinca azlığına qarşı cinayətlərin araşdırılması tələbini təmin edib 


Cümə axşamı Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri Myanmada Rohinca azlığına qarşı cinayətlərin araşdırılması tələbini təmin edib.

“Myanma-Banqladeş sərhədi boyunca bəşəriyyətə qarşı cinayət hesab olunan deportasiyası ilə bağlı genişmiqyaslı və ya sistematik zorakılıq aktlarının törədildiyinə dair əsaslı dəlillər var“ - deyə, məhkəmə qərarında bildirilib.

“Beləliklə məhkəmə Banqladeş-Myanma vəziyyətlə bağlı istintaqın başlanmasına səlahiyyət verir“ - deyə, məhkəmənin son qərarında deyilir.

Məhkəmə bu qərarı Qambiyanın `İslam Konfransı Təşkilatı` adından Beynəlxalq Ədalət Məhkəməsinə Myanmanı Rohinca azlığına qarşı soyqırımda günahlandırdığı müraciətindən bir neçə gün sonra verib.

2017-ci ildə hərbi kampaniyalar səbəbindən Myanmadan qonşu Banqladeşə 750 mindən çox Rohinca müsəlmanı qaçıb. BMT təhqiqatçıları baş verənləri “soyqırım niyyətli“ adlandırsa da, Myanma bunu rədd edib.

Rohinca müsəlmanları ölkəni Myanma ordusunun onların yaşadığı kəndlərə qarşı əvvəlcədən planlaşdırılmış hücumlardan sonra tərk etməyə məcbur olub.

Myanma isə 2017-ci ilin avqust ayında Rakxin əyalətindəki əməliyyatların Rohuncanın silahlı “Arakan Rohinca Qurtuluş Qrupu”na qarşı qanuni olaraq həyata keçirildiyini deyib.

Rohinca Myanmada Banqladeşdən olan qeyri-qanuni miqrantlar kimi tanınır. Buna görə kütləvi qırğınlar, zorlamalar və genişmiqyaslı yanğınlar törədən hərbçilər Rohinca üsyançılarına qarşı mübarizə aparıldığını deyərək, özlərinə bəraət qazandırmağa çalışır.

ABŞ Dövlət Departamenti Myanma ordusunun baş komandanı Min Aung Hlaying və digər yüksək rütbəli ordu başçılarına ölkənin şimalı Rakxin əyalətində Rohinca müsəlmanlarına qarşı "məhkəməsiz qətllər" törətdiklərinə görə sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG