Accessibility links

Banqladeş Myanmanın Rohinca qaçqınlarının geri qaytarılması yolunda ləng işlədiyini deyir


Myanmanın sosial təminat naziri deyib ki, 700 mindən çox Rohinca qaçqının repatriasiyası üçün nəzərdə tutulan hər şey edilir.

Vin Myat Aye Amerikanın Səsinin Burma şöbəsinə şərhi Banqladeşin baş nazirinin Myanmanın Rohinca qaçqınlarının geri qaytarılması yolunda ləng işlədiyini deməsindən sonra verib.

ABŞ Dövlət Departamenti Rohinca müsəlmanlarının ölkəni Myanma ordusunun onların yaşadığı kəndlərə qarşı əvvəlcədən planlaşdırılmış hücumlardan sonra tərk etməyə məcbur olduğunu deyib.

Myanma isə 2017-ci ilin avqust ayında Rakxin əyalətindəki əməliyyatların Rohuncanın silahlı “Arakan Rohinca Qurtuluş Qrupu”na qarşı qanuni olaraq həyata keçirildiyini deyir.

İnsan haqları qrupları və Rohinca fəalları keçən il Myanma ordusunun təhlükəsizlik tədbirləri zamanı min nəfərin öldürüldüyünü təxmin edir. Myanma hərbi qüvvələrinin vəhşiliklərini inkar edir.

XS
SM
MD
LG