Accessibility links

Rohinca qaçqınları bir il sonra


Rohinca qaçqınları bir il sonra
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Birma hərbçilərinin Myanmanın Raxine vilayətindəki etnik azlıqları ərazidən qovmaq məqsədilə törədikləri vəhşiliklərdən bir il ötür. 25 mindən çox adam öldürülüb, minlərlə qadın və qız cinsi zorakılıqlara məruz qalıb. O vaxtdan 700,000-dən çox Rohincalı şiddətdən xilas olmaq üçün qonşu Banqladeşə sığınıb. Onlardan əksəriyyəti Banqladeşin cənub-şərq sahili boyunca qaçqın düşərgələrində yerləşdiriliblər.

Bu, Banqladeşin Ukxiya qəsəbəsinin Moduçora şəhərində Kutupalanq Rohinca düşərgəsidir. Onların arasında 7 aylıq hamilə Nayuma var.

O, tanımadığı şəxslərə etibar etməsə də Myanmadan qaçmağın səbəbini danışdı. Nayuma deyir ki, Myanma rejimi - Moqlar onların evlərini yandırıb, xalqı öldürdukləri üçün onlar öz həyatlarını xilas etmək məqsədilə oradan qaçışı təşkil etdilər.

Ev adlandırdığı kiçik komanın saman divarının yanında Nayumanın həyat yoldaşı palçıqlı yerdə bəlkə də bugünün yeganə yeməyini yeyir.

Nayuma öz qardaşını xatırlayır. O deyir ki, Myanma hərbçiləri onun qardaşını gözlərinin qarşısında öldürüblər".

Nayumanın qonşularının demək olar ki, hamısının hekayəsi eynidir. Arifə Bequm bəxi gətirənlərdən biridir. O öz uşaqlarını xilas edə bilib.Arifə deyir ki, Myanma hərbçiləri onun həyat yoldaşımı öldürüb, evini yandırıblar.

Həsinə Akter hərbçilərin həyat yoldaşını güllələməsini seyr edib. O, Banqladeşə qonşusunun dəstəyilə qaça bilib. O deyir ki, onun uşaqları ataları üçün darıxırlar. Onlar onun adını təkrar edib ağlayırlar.

Burada minlərlə bu cür ailə var. Onların bir çoxu Birma əsgərlərinin törətdikləri qəddarlıqların - kütləvi qırğınlar, zorlamalar, yandırılmış evlər ... ailələrin məhv olmasının şahidi olublar.

Zorlanan qadın və qızların bir çoxu hələ də fiziki və emosional travmalardan əziyyət çəkir. Texasdan olan Banqladeş əsilli amerikalı həkim Sayda Kabir bildirir ki, bir çox düşərgələrdə onlara qayğı və qulluq üçün lazımi şərait olmasa da o könüllü olaraq düşərgələrə gedib onlara kömək edir.

Həkim Sayda Kabir deyir ki, o qıza doğuma nəzarət həbi vermək əvəzinə, üç ayı əhatə edəcək ailə planlaşdırma iynəsi vurur. Onlar ona bəzi dərmanlar verəcəklər.

Sayda Kabir bildirir ki, düşərgələrdə dərmanlardan başqa bir çox şeyə ehtiyac var. Qeyri-hökümət təşkilatı olan “Hope Foundation Banqladesh” düşərgələrdən bir neçəsində tibb mərkəzləri açıb. Lakin təşkilat bunu təkbaşına edə bilməyəcəyini bildirir.

Bu düşərgələrdə insanlar artmaq davam edir. Yerli hakimiyyət orqanları təxmin edir ki, hər il düşərgələrdə təxminən 60 min uşaq doğularaq, yemək, dərman və sığınacağa təlabatı artıracaq.

Məşhur deyimdəki kimi, “bir uşağa qayğı bütöv kənd istəyir.” “Hope Foundation Banqladesh” təşkilatı Rohinca böhranını həll etmək üçün beynəlxalq ictimaiyyətin köməyi lazım olduğunu bildirir.

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG