Accessibility links

Qaçqın Rohinca uşaqları arasında aclıq böhranı yaşanır


BMT-nin uşaq fondu Myanmadakı zorakılıqdan Banqladeşə qaçan qaçqın Rohinca uşaqları arasına aclıq hallarının artdığı barədə xəbədarlıq edir.

Fond qaçqın uşaqlar arasında aclıq dəcərəsini bilmir. Bu səbəbdən də UNICEF-in sözçüsü Mariksi Merkado deyir ki, orada qida ilə bağlı sorğu aparılacaq və noyabr ayında əldə olunan nəticələr vəziyyətlə bağlı mühüm məlumatları ortaya çıxaracaq.

“Biz aclığın, sanitariya şəraitinin və qaçqın düşərgələrindəki xəstəliklərin uşaqlar üçün fəlakətli nəticələri ola biləcəyini bilirik”, deyə Merkado bildirib.

Avqustun 25-dən bəri Myanmanın şimalında yerləşən Raxayna ştatından Koks Bazara 600 mindən çox Rohinca qaçqını gəlib. Qaçqınların təxminən 60 faizi uşaqlardır.

Merkado UNICEF-in oktyabr ayında qaçqınların kütləvi axını zamanı sərhəddə ilişib qalan yüzlərlə uşaq üzərində yoxlanış apardığını bildirib. O deyir ki, onlarla uşaq ciddi şəkildə aclıqdan əziyyət çəkir və dərhal müalicə olunmalıdır.

O deyir ki, Sərhədsiz Həkimlərin apardığı yoxlanış nəticəsində 103 uşaq arasında 14-nün ciddi şəkildə aclıqdan əziyyət çəkdiyi ortaya çıxıb.

“Biz çox az sayda uşaq üzərində yoxlanış apardıq, ona görə də bu göstəricilər bütün qaçqın əhalisini təmsil etmir. Amma nəticələr onu göstərir ki, bəzi uşaqlar sərhədi keçənədək ölmə təhlükəsi ilə üzləşir”, Merkado söyləyir.

UNICEF-in sözcüsü Mekado deyir ki, yoluxucu xəstəliklərin yayılması da narahatlıq doğurur. O qeyd edib ki, Koks Bazarda yaşayan və oraya yeni gələn uşaqlar arasında məxmərək halları da var.

O həmçinin deyib ki, diareya xəstəliyi ilə dizenteriya riski bu uşaqların yaşadığı izdihamlı, antisanitar şədaitdə çox yüksək olur.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp beynəlxalq məhkəməyə sanksiya tətbiq etdi
please wait

No media source currently available

0:00 0:13:08 0:00
XS
SM
MD
LG