Accessibility links

Rohinca uşaqlar təhsildən və gələcək imkanlardan məhrumdur


BMT-nin Uşaq Fondunun hesabatına əsasən, Banqladeşdə Koks Bazarda yarım milyondan çox qaçqın Rohinca uşaq hazırkı təhqir və istismardan gələcəkdə müdafiə olunmaq üçün lazım olan vərdişlərə yiyələnmək imkanlarından məhrumdur.

Yüz minlərlə Rohinca uşaq 745 min qaçqının Myanmada təqiblər və zorakılıqlardan kütləvi qaçışından sonra iki ildir insanlarla dolu şəraitsiz düşərgələrdə qalır.

BMT-nin Uşaq Fondunun hesabatında deyilir ki, 14 yaşına qədər 250 mindən çox uşaq qeyri-rəsmi təhsil alsa da, lakin eyni sayda uşaq heç bir təhsil almır.

Rohinca uşaqlar qaçqın düşərgəsində
Rohinca uşaqlar qaçqın düşərgəsində

UNİSEF-in hesabatının müəllifi Simon İnqram yeniyetmələrin ən əlverişsiz şəraitdə olduğunu bildirib.

O deyib ki, 15 yaşından 18 yaşına qədər yeniyetmələr heç bir təhsil müəssisəsində təhsil almır. Bu isə onun bildirdiyinə görə, onları daha artıq risk qarşısında qoyur.

Bu düşərgələr xüsusilə də qadınlar və qızlar üçün təhlükəlidir.
Simon İnqram

“Düşərgələrdə yeniyetmələrlə görüşəndə onlar qarşılaşdıqları çətinliklərdən, xüsusilə də gecə narkotik alverçilərinin fəaliyyət göstərdiyi və silahlı toqquşmaların tez-tez baş verdiyi zaman danışmağa hazırdır. İnsan alveri halları haqda məlumatlar verilir, lakin bunun sayını dəqiqləşdirmək çətindir. Bu düşərgələr xüsusilə də qadınlar və qızlar üçün təhlükəlidir” – deyə, o bildirib.

UNİSEF və tərəfdaş agentliklər 2 mindən çox mərkəzdə 190 mindən çox Rohinca uşağın təhsil almasını təmin edib. Bu agentliklər Myanma və Banqladeş hökumətlərini Rohinca uşaqların daha strukturlaşdırılmış şəkildə təhsil ala bilməsi üçün ölkələrdəki təhsil resurslarından istifadə edilməsinə imkan verməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG