Accessibility links

BMT: Rohincalar yeni fövqəladə vəziyyət ilə üzləşir [Video]


BMT: Rohincalar yeni fövqəladə vəziyyət ilə üzləşir
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə agentliyi bildirir ki, Myanamdan kənarda düşərgələrə yerləşdirilən qaçqınlar musson mövsümü yaxşınlaşdığı üçün bir başqa fövqəladə vəziyyət ilə üzləşir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi çərşənbə günü deyib ki, Myanma höküməti minlərlə insanı qonşu Banqladeşə qaçmağa vadar edən zorakılıq təhlükəsini aradan qaldırmayıb. Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasını ölkənin hərbi liderlərini Rohincaların “etnik təmizlənməsinə” görə məsuliyyətə cəlb etməyə çağırıb.

Biz bu vəziyyətə əhəmiyyət verməyə bilmərik. Birmada baş verənlər qəbuledilməzdir. Bu şura ordunu hərəkətlərinə görə cavabdeh tutmalıdır və ölkəsində bu cür vəhşiliklərin baş verdiyini qəbul etməsi üçün Aunq San Su Çiyə təzyiq göstərməlidir. O artıq heç bir bəhanə gətirməməlidir.
Nikki Heyli

Birləşmiş Millətlər Təşkilatı 100 mindən çox Rohinca qaçqının sel və torpaq sürüşmələri təhlükəsinə açıq ərazilərdə yaşadığını bildirir. BMT qaçqın agentliyinin nümayəndəsi çərşənbə günü deyib ki, on minlərlə qaçqın dərhal köçürülməlidir.

“Biz zamanla yarışırıq, çünki yeni bir fövqəladə vəziyyət yaxınlaşır. Musson mövsümü mart ayında başlayacaq,” deyə Filippo Qrandi bildirib.

Beynəlxalq təzyiqlərlə üzləşən Myanma höküməti bəzi Rohincaların dönməsinə icazə verməyə razılaşıb.

“Biz lazımı hazırlıqlar görmüşük və ilk qrup qaçqınları geri qəbul etməyə hazırıq,” Hau Do Suan deyib.

Lakin jurnalistlər Myanmanın Rakhayn ştatında müsəlman azlıqlara qarşı davam etməkdə olan vəhşiliklərin üstünü açıb.

“Reuters bu jurnalistlərin üzərində işlədiyi hesabatı dərc edib. Hesabatda Rakhayn ştatının İnn Din kəndində 10 Rohinca kişinin edamı ilə bağlı məlumat var. Associated Press isə Gu Dar Pyin kəndində beş kütləvi məzarlar barədə xəbər yayıb,” deyə BMT-nin siyasi məsələlər idarəsinin sədr müavini Miroslav Cenka bildirib.

Bu hesabatdan sonra Reuters jurnalistləri həbs edilib, beynəlxalq müstəntiqlərə isə həmin kəndləri ziyarət etməyə icazə verilmir.

Bu arada isə Banqladeş Myanmanın Rakhayn ştatından Rohincaların ölkəyə axınının davam etdiyini bildirir.

“Rakhayn ştatında qalan Rohincalar aclıq və zorakılıqdan qaçmaq üçün sərhədi keçməyə davam edir. Təkcə bu ayın ilk 10 günü ərzində Banqladeşə 1500 yeni qaçqın gəlib,” deyə Banqladeşin BMT-yə səfiri Məsud Bin Momen bildirib.

ABŞ-ın BMT-dəki nümayəndəsi isə Təhlükəsizlik Şurasını əvvəllər Birma kimi tanınan Myanmadakı zülmlərə qarşı tədbir görməyə çağırıb.

“Biz bu vəziyyətə əhəmiyyət verməyə bilmərik. Birmada baş verənlər qəbuledilməzdir. Bu şura ordunu hərəkətlərinə görə cavabdeh tutmalıdır və ölkəsində bu cür vəhşiliklərin baş verdiyini qəbul etməsi üçün Aunq San Su Çiyə təzyiq göstərməlidir. O artıq heç bir bəhanə gətirməməlidir,” Nikki Heyli deyib.

Nikki Heyli həmçinin Rohinca müsəlmanlarının kütləvi qırğını ilə bağlı hesabat hazırlayan Reuters xəbər agentliyinin müxbirlərinin dərhal azadlığa buraxılmasına çağırıb.

XS
SM
MD
LG