Accessibility links

Yardım qrupları Rohinca qaçqınlarına dərs deyir [Video]


Yardım qrupları Rohinca qaçqınlarına dərs deyir
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Birmadan Banqladeşə illərdir qaçan bir milyona qədər Rohinca qaçqının demək olar ki, yarısı uşaqdır. Yardım qrupları məktəblər də daxil edilməklə, sabitliyin bərqərar edilməsinin vacibliyini vurğulayır.

Baluxali qaçqın düşərgəsindəki bu uşaqlar ingilis dilini öyrənir. Keçə ay Raxindən gələn Fatimə və Ayla bacıları burada təhsilalmalarından məmnundurlar.

Ola bilər bu adi bir şeydir, lakin UNİSEF təşkilatından Jan Jak Simon prosesin daha mürəkkəb olduğunu deyir. “Tərdris mərkəzləri dərsləri əsasən sərhədi yeni keçən uşaqlara verir. Ən əsası odur ki, bu uşaqlar birlikdə təhsil alır və mərkəzlər onları müdafiə edir."

Hesablamalara görə sərhədin o biri tərəfində, Birmada Rohinca uşaqlarının 60 faizi sinif otağı görməyib.

2012-ci ildə yoxsul Raxin ştatında baş qaldıran iğtişaşlarla bağlı hökumətin tətbiq etdiyi qadağalardan sonra buranın şagirdlərinə yaxınlıqdakı kəndlərə belə getməyə icazə verilmir. Rohinyadan müəllim: “Şagirdlər məktəbə gedə bilmir. Beləliklə, onlar təhsil ala bilmir. Digər kənddə məktəb olsa belə, onlar oraya gedə bilməz. Çünki onlar qorxurlar. Yaşadıqları yerdən çıxmaq uşaqlar üçün təhlükəsiz deyil.”

İnsan haqları qrupları bu kimi qaydaların müsəlman azlıqlarına qarşı qəsdən tətbiq edildiyini deyirlər. İnsan haqları təşkilatı "Fortify"dən Metyu Smit: “Artıq uzun illərdir Birma rəsmiləri sistematik olaraq, Rohinca xalqına təhsil verilməsinə icazə vermir və bu, cəmiyyətə dağıdıcı təsir edən siyasətin bir hissəsidir.”

Rohinca uşaqlarının ilk dəfə məktəbə getdikləri bir vaxt, belə bir sual doğur, görəsən sərhədin o tayındakı Birmadakı uşaqlara nə vaxtsa bu qismət olacaqmı?

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG