Accessibility links

Amnesty İnternational: Banqladeşin qaçqın düşərgələrindəki yaşlı insanlara yardım edilmir


Amnesty İnternational: Banqladeşin qaçqın düşərgələrindəki yaşlı insanlara yardım edilmir
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Amnesty İnternational-ın bildirdiyinə görə, qaçqın düşərgələrində və Myanmanın ətrafında on minlərlə yaşlı qaçqının yardıma ehtiyacı var. Təşkilat belə bir qənaətə Banqladeşin qaçqın düşərgələrindəki yüzlərlə insanı danışdırdıqdan sonra gəlib.

Banqladeşin Koks Bazarındakı Kutupalong dünyanın ən böyük qaçqın düşərgəsidir. Burada 600 mindən çox insan yaşayır və onların əksəriyyəti Myanmanın etnik Rohinca müsəlmanıdır. Qonşuluqdakı düşərgələrdəki qaçqınların sayı bir milyona yaxındır.

Onlar Myanma ordusunun hücumlarından və yerli yarı-hərbi qüvvələr arasındakı böhrandan qaçmalı olub. Gənclər kəndlərə edilən hücumlardan qaça bilsə də, yaşlılar qaça bilməyib.

Məryam Xatun üç uşağı ilə birlikdə Myanma əsgərləri Maunqdav kəndinə hücum edəndə qaçıb. "Əsgərlər gəlib evləri yandıranda mənim valideynlərim içəridə idi. Mənim valideynlərim 5 il idi ki, gəzə bilmirdilər. Ayaq yoluna onları mən aparırdım. Biz qaçanda onları özümüzlə apara bilmədik. Mənim evim yananda onlar da yandı."

Qaça bilən yaşlılar qaçqın düşərgələrində başqa bir problemlə üzləşirlər. Amnesty​ İnternational düşərgələrdə onlara yardım edilmədiyini deyir. Təşkilatdan Matyu Vells: “Infrastrukturun əksər hissəsi paylama nöqtəsi, su və ya klinikaya çıxış kimi humanitar əsasda inşa edilib. Fiziki olaraq Bnqladeşin qaçqın düşərgələrinin dağ və təpələri ilə tualet və ya suya çıxış əlçatmazdır.”

Yaşlı qaçqınların çoxu həyatlarında azı üç dəfə evlərindən qaçmağa məcbur olub. Şaharuh: "Hər şey yanırdı. Təhlükəsizlik qüvvələri kənddə idi. Onlar evləri bir-birinin ardınca yandırırdı."

Myanma hökuməti isə geri qayıdarlarsa qaçqınların həyatlarının təhlükəsiz olacağına əmin edir. Lakin rəsmilər onlara vətəndaşlıq veriləcəyinə və ya onların öz evlərinə qayıdacaqlarına söz vermir. BMT-nin "Qaçqınlar Üzrə Ali Komissiyası"ndan Stefen Pattison: "Burada sual Rohincaların Myanmaya qayıtmalarının düzgün vaxtda olub-olmamasındadır. Myanma onlara yaşamaq üçün yer verməli, təhlükəsizliklərini təmin etməlidir və bu razılaşma uzunmüddətli olmalıdır."

Bütün bunlar olana qədər isə Amnesty düşərgələrdə olan yaşlıların qayğısına qalınması üçün tədbirlər görülməli olduğunu deyir.

XS
SM
MD
LG