Nyu-York polisi maşınını izdihamın üzərinə sürən şəxsə qarşı qətl ittihamı irəli sürüb. Onun vəkili olub-olmadığı bəlli deyil.
Nyu-Yorkda avtomobilin piyadaların üstünə sürülməsi ilə 18 yaşlı bir qız həlak olub. Hadisə Times meydanında baş verib.
22 nəfərin xəsarət aldığı bildirilir. Onların 4-nün vəziyyəti ağırdır.
İnsidentin terrorizmlə əlaqəsi yoxdur. Nyu -York polisi Federal Təhqiqat Bürosu ilə birgə istintaq aparır.
Sərxoş vəziyyətdə maşın sürməklə əvvəllər ittiham edilən 26 yaşlı sürücü Riçard Rojas nəzarət altına alınıb. Onun sükan arxasında sərxoş olmadığı müəyyən edilib.
Rojas 2008-ci və 2015-ci illərdə sərxoş halda maşını idarə etdiyinə görə həbs edilib.
Sürücünün idarə etdiyi qırmızı rəngli Honda maşını 45-ci küçə ilə Broadvey arasında iki təkəri üzərində qalıb.
Prezident Tramp hadisə ilə bağlı məlumatlandırılıb.
Times meydanı restoranlar, mağazalar, və turistlərin ən çox olduğu rayondur. Buranı hər gün yüz minlərlə insan ziyarət edir.