Accessibility links

Rolling Stone jurnalı Tsarnayevin şəklinə görə tənqidlərlə qarşılaşıb


ABŞ-da çıxan Rolling Stone jurnalı Boston marafonunda partlayış törətməkdə şübhəli bilinən Cövhər Tsarnayevin şəklini növbəti nüsxəsinin üz qabığında dərc etməsi böyük narazılıqlara səbəb olub.

Tsarnayevin üz qabığında uzun, qıvrım saçlı və mülayim baxışlı, üzərində də "Bomber" sözləri yazılmış şəklini dərc etdiyinə görə Rolling Stone jurnalı terrorçunu reklam etməkdə ittiham edilib.

Jurnal foto-şəkli dərc etmək qərarını dəstəkləyən bəyanatla çıxış edib. Bəyanatda bu qərarın jurnalın dünya siyasəti və mədəniyyətində baş vermiş ən mühüm hadisələri əks etdirmək kimi yerinə yetirdiyi vəzifəyə uygun olduğu deyilir. Amma bir çox pərakəndə satış mağazaları jurnalın nüsxəsini satışa çıxarmaqdan imtina edib.

Jurnalda Tsarnayevin aprelin 15-də hücumlara qədər həyatı ətraflı şəkildə əks etdirilib.

Rolling Stone jurnalının yeni nüsxəsi mağazalarda cümə günü satışa çıxarılacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG