Hər il müharibədə həlak olan və ya əsir düşən insanların xatirəsinə hörmət əlaməti olaraq ABŞ-ın müxtəlif şəhərlərindən Vaşinqton şəhərinə doğru yola düşən minlərlə motosikletçi yürüşü növbəti il sonuncu dəfə baş tutacaq.
Rolling Thunder adlı yürüş ölkənin paytaxtına doğru 32-ci və sonuncu dəfə Xatirə Günündə yola çıxacaq..
Təşkilatçılar dünyaca məşhur yürüşü sona çatdırmağın səbəbini artan xərclər, Pentaqon və metropoliten polis şöbələri ilə əməkdaşlıqda yaranmış boşluqlarla əlaqələndirib.
Təşkilatçılar əlavə ediblər ki, növbəti il motosikletçi yürüşü Vaşinqton şəhərində sonuncu dəfə baş tutsa da, ölkənin digər ştat və şəhərlərində regional tədbirlərin keçirilməsinə davam edəcəklər.