Accessibility links

Roma Papası: İqlim dəyişikliyi ilə mübarizədə inqilab tələb olunur


Papa Fransis Vatikanda Sinod Zalında iqlim dəyişikliyinə dair keçirilən konfransda çıxış edir. 21 iyul, 2015.
Papa Fransis Vatikanda Sinod Zalında iqlim dəyişikliyinə dair keçirilən konfransda çıxış edir. 21 iyul, 2015.

Roma Papası deyib ki, iqlim dəyişikliyi ilə mübarizədə inqilab tələb olunur.

Vaşinqtonda səfərdə ikən Fransis ABŞ Konqresi qarşısında çıxış edəcək. Vaşinqtonda həmin gün Roma Papası “İqlim ədaləti üçün mənəvi hərəkat“ adlı yürüş keçiriləcək.

Bəzi alimlər buzlaqların əriməsini iqlim dəyişikliyi ilə izah edirlər.
Bəzi alimlər buzlaqların əriməsini iqlim dəyişikliyi ilə izah edirlər.

Yürüşün təşkilatçılarından Liz Van Susterenin dediyinə görə, iqlim dəyişikliyi təkcə planetimizə deyil, bizim bədənimiz, beynimizə təsir göstərərək, psixoloji problemlərə yol açır.

“İqlim dəyişikliyinə inanmayanlar, bunu inkar edənllər yalnız özlərinə ziyan vurur”-deyə o bildirib.

Van Susteren iqlim dəyişikliyinin psixoloji təsirlərinə dair araşdırmaların həmmüəllifidir.

İqlim dəyişikliyinə inanmayanlar, bunu inkar edənllər yalnız özlərinə ziyan vurur

​O, Amerikanın Səsinə bildirib ki, ekstremal hava şəraiti, təbii fəlakətlər, temperaturun yüksəlməsi insanlarda nigaranlıq, qorxu və depressiyaya yol açır.

Susterenin dediyinə görə, qlobal istiləşmə məişət zəminində zorakılıqlar, narkotik maddələr və spirtli içkilərə aludəlik yaradır. O, isti havanın insanları intihara və cinayətə sürüklədiyini deyib.

Van Susteren peşəkar psixoloqların evlərini daşqınlar, tornadolar və yanğınlarda itirmiş insanların post-travmatik stresinə yardım edə bilmədiyini deyib.

Araşdırmaçı gələcək təbii fəlakətlər, fırtınalar və yanğınlara dair qorxuların artdığını da vurğulayıb.

Van Susteren tibb işçilərinin əlavə ölçülərə ehtiyac duyulduğuna dair xəbərdarlıqla ön cəbhədə yer almasının vacibliyini qeyd edib.

XS
SM
MD
LG