Accessibility links

Gözlənilməz qar Romada nəqliyyatı məhdudlaşdırıb


Romaya son altı ildə ilk dəfə qar yağıb. Sibirdən gələn soyuqlar küləklər bütün Avropanı bürüyüb.

Qar yağıntısı bir neçə santimetr hündürlüyündə olsa da, bu, romalılara və şəhər üçün ciddi problemlər yaratmağa kifayət edib.

İtaliyanın mülki müdafiə idarəsi qarın iflic etdiyi küçələrin təmizlənməsi üçün ordu göndərib. Bununla bərabər, qatar stansiyalarında sərnişinlərə yardım üçün könüllülərin dəstəyinə çağırış edilib.

Romanın əsas hava limanında yalnız bir uçuş zolağı açıq idi. Digər hava limanı isə işçilərin zolaqları təmizlənməsi üçün bağlı idi.

İtaliyanın şimalı və digər mərkəzi ərazilərində də qasırğa ictimai nəqliyyatın iflicinə səbəb olub. Rəsmilər məktəblərin bağlanılması göstərişi verir.

Eyni zamanda Moskvada yaz fəslinin gəlişinə az müddət qaldığı bir vaxt, havanın temperaturu bu mövsümün ən soyuq nöqtəsinə çatıb. Meteorologiya idarəsinin verdiyi məlumata görə, Rusiya paytaxtında temperatur mənfi 20 dərəcəyə qədər düşüb.

Meteoroloqlar martın ilk günlərinə qeyri-adi soyuqlar olacağını proqnozlaşdırır.

XS
SM
MD
LG