Accessibility links

Roma Papası Suriya müharibəsinin dərhal dayandırılmasına çağırıb


Roma Papası Suriya müharibəsinin dərhal dayandırılmasına çağırıb.

Vatikanda həftəlik çıxışı zamanı Fransis deyib ki, əsasən uşaqlar olmaqla, mülki əhalinin müdafiəsi naminə döyüşlər çoxdan dayandırılmalı idi.

"Mən təcili olaraq çağırış, yalvarış və müraciətlərimi bir daha təkrar edirəm. Suriya müharibəsinin məsuliyyətini daşıyanları bombalar altında qalan uşaqlar və dinc əhalinin evakuasiyası üçün atəşkəsə çağırıram"-deyə Roma Papası bildirib.

Suriyanın 5 illik vətəndaş müharibəsində daha əvvəl əldə edilən atəşkəslər tez bir şəkildə pozulurdu.

Son atəşkəs razılığı ABŞ və Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş və uzun sürmədən döyüşlərə yenidən vüsət verilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG