Accessibility links

Roma papasının Pasxa mesajı: İndi biganəlik vaxtı deyil


Roma papası bazar günü koronavirusla mübarizədə və onun iqtisadi fəsadlarının aradan qaldırılmasında qlobal həmrəyliyə çağırıb.

Fransis beynəlxalq sanksiyaların ləğvi, yoxsulların borcların dondurulması və bütün münaqişələrdə atəçkəs əldə edilməsinə səsləyib.

O, regionda bğhrana lazımi cavab verilmədiyi təqdirdə, Avropa İttifaqının dağıla biləcəyi barədə xəbərdarlıq edib.

Pasxa münasibti ilə “Urbi et Orbi” (şəhər və dünyaya) müsajında “tənhalıq Pasxasının” “ümidlərə yoluxma” adlandıraraq, həkimlər, tibb bacıları və digər tibb işçilərinin digərlərinin həyatlarının xilası naminə öz həyatlarını riskə atdıqlarını deyib.

Boş Müqəddəs Pyotr kilsəsində danışan Roma Papası indi biganəlik vaxtı olmadığını bildirib.

“Biganəlik, özünü mərkəzdə tutmaq, prçalanma və unutqanlıq bizim bu zamanda eşitmək istədiyimiz sözlər deyil. Bu sözlərə birdəfəlik qadağa qoyumalıdır” - deyə, Fransis bildirib.

O, məhdudiyyətlərə görə yaxınları ilə vidalaşa bilməyənlərə, müqəddəs mərasimlərdə iştirak edə bilməyən katoliklərə və qeyri-müəyyən bir gələcəkdən narahat olanlara dəstəyini bildirib.

"Bu həftələr milyonlarla insanın həyatı gözlənilmədən dəyişdi" - deyə o qeyd edib.

Roma papası siyasətçilər və hökumətləri "özünüdərkdən" çəkinməyə və bir-birlərinin əhalilərinin böhrandan çıxmasına, normal həyatların bərpasına kömək etmək üçün qətiyyətli, razılaşdırılmış tədbirlər görməyin vaxtı olduğunu söyləyib.

"Beynəlxalq sanksiyalar yüngülləşdirilə bilər, çünki bu, tətbiq olunan ölkələrə vətəndaşlarına lazımi dəstək vermək üçün çətinlik yaradır"- deyə, Fransis bildirib.

O, adlarını çəkməsə də, yoxsul ölkələrin borclarının azaldılması və ya tamamilə silinməsinə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG