Accessibility links

Roma Papası: Birləşmiş Ərəb Əmirliklərinə ziyarətim xristianlıqla islam arasında dialoq tarixinin yeni səhifəsi oldu


Roma Papası Birləşmiş Ərəb Əmirliklərinə ziyarətini xristianlıqla islam arasında dialoq tarixinin yeni səhifəsi və dünyada qardaşlıq arasında sülhün təbliği adlandırıb.

Bu gün Vatikanda zəvvarlar qarşısında danışan Fransis Ərəbistan yarımadasına ilk səfərini islam liderləri ilə xristian və islam sivilizasiyaları arasındakı qarşıdurmalara mane olunması üçün dönüş nöqtəsi kimi qiymətləndirib.

Fransis Birləşmiş Ərəb Əmirliklərində dinlərarası konfransda iştirak edib. Çərşənbə axşamı o, Romaya qayıdıb.

Vatikanı tərk etməzdən əvvəl Roma Papası Yəməndəki humanitar böhranı dərin narahatlıqla yaxından izlədiyini deyib və tərəfləri beynəlxalq razılıqların şərtlərinə əsasən iztirab içində olan insanları ərzaqla təmin etməyə çağırıb.

Fransis və Misirin min yaşı olan Əl-Əzhər sünni qrupunun lideri Əşəməd Tayeb bazar ertəsi "İnsan Qardaşlığı Toplatısı"nda çıxış edib.

Toplatıya müsəlmanlar, xristianlar və yüzlərlə yəhusi, hindu, budpərəst və digər dinlərin təmsilçiləri qatılıb.

Çərşənbə axşamı Papa Əbu-Dabidə dini mərasimdə iştirak edib.

Katolik Kilsəsi inanır ki, Birləşmiş Ərəb Əmirliklərində bir milyona yaxın katolik yaşayır. Onların əksəriyyəi Filippin və Hindistandan olan miqrantlardır.

Mərasimdə 135 min insan iştirak edib. Bu, Ərəbistan yarımadasında ən böyük xristian mərasimlərindən biri olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG