Accessibility links

Roma Papası dünya liderlərini nüvə silahlarından imtina etməyə çağırıb


Roma Papası Fransis Naqasaki şəhərində atom bombası qurbanlarının xatirə parkında danışır, 24 noyabr 2019.

Roma Papası Fransis tarixdə atom bombalarının atıldığı yeganə iki şəhərdən biri olan Naqasakidə çıxışında nüvə silahlarından imtina edilməsinə çağırıb. Bazar günü etdiyi çıxışında Papa Fransis bildirib ki, nüvə silahları ehtiyatları dünyada təhlükəsizliyin azaldılması və maliyyə xərclərinin artmasına gətirib çıxarır. O, nüvə silahlarının bəşəriyyət üçün təhlükə təşkil etdiyini deyib.

“Sülh və beynəlxalq sabitlik qarşılıqlı şəkildə məhv edilmə və ya tamamilə məhv edilmək qorxusu yaratmaq cəhdləri ilə bir araya sığmır” - deyə, Papa Fransisk bildirib.

Hiroşimadan sonra atom bombardmanına məruz qalmış ikinci şəhər olan Naqasiki şəhərində Birləşmiş Ştatların 1945-ci il avqustun 9-da atom bombası atdığı yerdə salınmış parkda danışan Roma Papası nüvə silahlarına nəzarətə dair müqavilələrin onun sözlərilə, dayandırılmasını qınayıb.

Naqasakidə 27 min, Hiroşimada isə ABŞ-ın atom bombası atması nəticəsində 78 min insan həyatını itirmişdi.

Birləşmiş Ştatların İkinci Dünya müharibəsinə son qoymaq cəhdi olaraq atom bombaları atması nəticəsində aldığı radiasiya və xəsarətlər səbəbi ilə isə təxminən 400 min insan ölmüşdür.

“Nüvə hücumunun humanitar və ekoloji fəlakətinin şahidi olmuş bu şəhərdə bizim silah yarışı əleyhinə danışmaq cədlərimiz heç vaxt kifayət olmayacaq” – deyə, Naqasakidə hadisə qurbanlarının xatirə memorialı üzərinə əklil qoyan Roma Papası bildirib.

Papa Fransiskin Yaponiyaya üç günlük səfəri zamanı əvvəlcə Naqasaki, daha sonra isə Hiroşimanı ziyarət etməsi onun nüvə silahlarının qlobal qadağası çağırışının ifadəsi kimi qiymətləndirilir.

XS
SM
MD
LG